ABŞ-da aparılan bir araşdırmaya görə nikotin yeyən bakteriyalar orqanizmə düşən nikotinin miqdarını 50 faizə qədər azalda bilir. Nikotin yeyən bakteriyaların köməyilə bədəndə azalan nikotinin miqdarı sayəsində siqareti asanlıqla buraxmaq mümkün ola bilərmi?
Siqaret bir çox adamın asanlıqla tərgidə bilmədiyi zərərli bir vərdişdir. Bəziləri tərgitməyi sınayıb nail olsa da, statistika bunu yalnız istəyənlərin 5%-nin öz məqsədlərinə çatdığını göstərir. Nikotin asılılığından çıxmaq çox da asan olmadığından tədqiqatçılar bunun üçün indi nikotin yeyən bakteriya üzərində çalışırlar.
İnsanların siqareti çəkmələrinə kömək etmək istəyən elm adamları bu günə qədər, nikotin bantları, saqqız və nikotin peyvəndləri kimi bir çox fərqli üsul sınaqdan keçirdilər. Ancaq bütün bunlardan daha təsirli bir üsul axtarışında olan Amerikalı tədqiqatçılar indi də qan dövranında nikotini yox edən bir bakteriya hormonu üzərində testlər keçirirlər. Tədqiqatçılar bu fermentin insanlara siqareti tərgitmək üçün daha çox kömək edəcəyini düşünürlər.
Siqaret asılılığının qarşısını alan peyvəndin ilk sınaqları
ABŞ-dakı Skripps Araşdırma İnstitutundan elm adamlarının kəşf etdiyi tütün asılılığının qarşısını alan peyvənd, siçanlar üzərində təsirli oldu.
Nikotin antigenlərini (immunitet sistemini hərəkətə keçirən antikorların istehsalını təmin edən maddələr) peyvəndlərdə istifadə edilən bir zülalla birləşdirən elm adamları, bunu siçanlara yeritdilər. Peyvənddən sonra siçanlarda antikor ifrazı artdı və immunitet sisteminin tütünlə təsirli şəkildə mübarizə etdiyi müşahidə edildi.
Bu işdə tədqiqatçılar, siqaretin insanda asılılıq yaradan "özünü yaxşı hiss etmə halını" yaşamadan əvvəl qan dövranında olan nikotin yox etməyə çalışılır.
Araşdırmaya imza atanlardan Kim Janda peyvəndi inkişaf etdirərkən orqanizmin nikotini yad və zərərli bir maddə olaraq qəbul etmə məqsədi güddüyünü bildirib. Elm adamı bu şəkildə immunitet sisteminin xarici və zərərli olaraq qəbul etdiyi maddəyə əks-təsir göstərərək nikotin molekullarının yayılmasının və beyinə çatmasının qarşısını aldığını vurğulayıb.
Skripps Tədqiqat İnstitutunda biokimya sahəsində tədqiqatçı olan Kim Janda bakteriyanın eynilə Pac-Man kimi irəliləyərək nikotini yediyini bildirir. Kim Janda verdiyi müsahibədə "araşdırmanın ilkin mərhələsində olmağımıza baxmayaraq, indiyə qədər əldə edilən məlumatlardan fermentin müalicə edici xüsusiyyətinin olduğunu təsdiq etdirik" dedi.
Otuz ildir ki, bədəndəki nikotini yox edə bilən süni bir ferment yaratmağa çalışan Kim Janda və onun araşdırma qrupu, belə bir fermentin hazırda təbiətdə mövcud olduğunu kəşf etdi. Bu ferment tütün plantasiyalarında torpaqlarda yaşayan bakteriyaların daxilində kəşf edilmişdir.Bu bakteriyalardan biri olan Pseudomonas putida adlı bakteriya karbon və azot mənbəyi kimi nikotini istifadə edir və NicA2 hormonu isə bu hadisənin həyata keçirilməsinə kömək edir.
Hormonun orqanizmdəki nikotini parçalaya bilmə xüsusiyyətini yoxlayan tədqiqatçılar, bir siqaretin tərkibindəki qədər nikotini uyğun nisbətdə siçanın qanından alınan zərdabla qarışdırmış və bu qarışığa NicA2 fermenti əlavə etmişdir. Nəticədə isə nikotinin ömrünün iki-üç saatdan 9-15 dəqiqəyə qədər azaldığını müşahidə ediblər.
Araşdırma qrupu NicA2 hormonunun hər hansı bir zəhərli maddə yayıb yaymadığını və həqiqətən bir dərman kimi istifadə edib etməyəcəklərini yoxlamaq üçün fermenti üç həftə ərzində 36,7 C temperaturda saxlayıblar.
Araşdırma qrupu, The Journal of the American Chemical Society jurnalında nümayiş olunan araşdırma nəticələrinin həyəcan verici olduğunu və NicA2-nin dozasının yüksəldilməsinin qan dövranında nikotinin yarı ömrünü azaldacağını ifadə etdi.
Hazırda, siqareti tərgitməyə çalışanların 80-90 faizə qədəri nikotin bantı və ya saqqız kimi vasitələri daim istifadə edirlər, amma əgər elm adamları, hər şeydən əvvəl "nikotinin özünü yaxşı hiss etmə" təsirini yox edəcək bir yol tapa biləcəklərsə bu statistikaların böyük ölçüdə dəyişdiyini görə biləcəyik.
Siqareti tərgitdirən peyvəndin nə zaman adamların iştirakı ilə test ediləcəyi hələ bilinməsə də peyvəndin başqa asılılıqlarla mübarizədə də təsirli ola biləcəyi qeyd edilib. Tədqiqatın nəticələri "Journal of Medicinal Chemistry" jurnalında dərc olunub.
Hiç yorum yok :
Yorum Gönder