Allergiyaya yaxşı təsir edən bitkilərin siyahısı: Allergiya ilə bağlı narahatlıqlar dəridə səpkilər, qaşınma və allergik rinit kimi müxtəlif narahatlıqlara səbəb olur. Müasir təbabətdə həkimlərin tətbiq etdikləri müalicələrlə yanaşı, alternativ olaraq bitkilərdən də istifadə etmək mümkündür. Məhz allergiyaya yaxşı təsir edən bitkilərlə sizdə tanış olun;
Yulaf əzməsi:
Karbohidrat baxımından zəngin olan yulaf əzməsi, vücuda enerji verib gücləndirməkdə, bədənin verdiyi allergik reaksiyalara qarşı da əhəmiyyətli dərəcədə təsir göstərir. Yulaf əzməsi E və B vitaminləri, dəmir, mis, sink, maqnezium və kalium ehtiva edən bir qidadır.
Senna çayı:
Qaşınma və soyuqdəymə kimi əlamətlər verən allergiyalarda senna çayı olduqca yaxşı nəticələr verir. Bağırsaq problemlərinə qarşı da istifadə ediləcək olan sennanın həftədə bir dəfə içilməsində fayda vardır.
Soya lobyası:
İmmunitet sisteminin möhkəmlənməsini təmin edən və xəstəliklərə qarşı qoruma təmin edən soya lobyası, kalsium, dəmir və fosfor ehtiva edir. Həmçinin, tərkibində olan zəngin vitamin və minerallar sayəsində də bəzi allergik xəstəliklərə qarşı yaxşı təsir edir.
Cəfəri:
C vitamini baxımından olduqca zəngin bir bitki olan cəfərinin istehlak edilməsi nəticəsində, allergiya azalar və sürətli bir yaxşılaşma baş verər. Tələb olunarsa cəfəri, çay kimi dəmlənərək içilməklə də istehlak edilir.
Soğan:
Daşıdığı flavonoidlərə görə allergik xəstəliklərdə çox təsirlidir. Orqanizm allergik reaksiyalar verdikdə istehsal etdiyi kimyəvi maddələrə histamin adı verilir. Anti-histamin xüsusiyyəti olan soğanın istehlak edilməsi allergiyanın ortaya çıxardığı kimyəvi quruluşu blokada edir və yaxşılaşmanı təmin edir.
Qızçiçəyi:
Olduqca qüvvətli bir antibiotikdir. Bədən müqavimətinin düşdüyü zamanlarda formalaşan allergik reaksiyalarda müalicə edicidir. Bədən müqavimətinin artmasına dəstək olan qızçiçəyini qurudub dəmləyərək də istehlak edə bilərsiz.
Gicitkən:
Çiçək tozunun havaya qarışması nəticəsində yaranan allergik rinitə qarşı təsirlidir. Yazın gəlməsi ilə yayılan bahar allerjik rinitlərinə qarşı çox təsirli bir bitkidir. Şəkərsiz olaraq çay şəklində də yeyilən gicitkən otunu yemək arasında istehlak edə bilərsiniz.