
Qadınların ağlını başındanalan kişi ətirləri hansılardır?
Vanil cinsi cazibədarlığı artırır, paçuli afrodiziak təsir edir, müşk qadınları başdan çıxarır, qarabibər enerji verir, jasmin qadının qəlbini yumşaldır.
Bəylər diqqət! Qadınların ürəyini fəth etməyin yolu ətirlərdən keçir. Onlarla ünsiyyətinizin hansı ölçüdə olmasını istəyirsinizsə ona uyğun ətir seçməyiniz lazımdır. Cinsi cazibədarlığınızı artırmaq istəyirsiniz, yoxsa kədərləndirdiyiniz sevgilinizin qəlbinimi yumşaltmağı istəyirsiniz. Hamısı ətir şüşələrinin daxilində gizlidir. Çünki fərqli ətirlər, müxtəlif cür cazibə yaradır. Mütəxəssislər kişi ətirlərinin qapağını açdı, ən təsirli hallarını müəyyənləşdirdi. Qapaq açıldı sirrlər ortaya töküldü. Buyurun hansı ətir nə işə yarayır?VANİL: Cazibəli bir qoxu. Kişidə də, qadında da cinsi cazibədarlığı artırır. Qadınlar vanil qoxulu kişiləri daha cazibədar sayır.
(Təklif: Jean Paul Gaultier Le Male)
PAÇULİ: Afrodiziak təsir yaradır. Fiziki enerjini də artırır.
(Təklif: Hugo Boss Bottled No: 6)
MÜŞK: Çox kişi hesab edir ki, bir çox qadın, müşk istifadə edən kişiləri cəlbedici sayır, hətta qadınların favoritləri arasında ilk sırada yerləşir.
(Təklif: Tom Ford Noir)
QARABİBƏR: Təravətiylə enerji verir, qarşısındakını xəbərdar edir. Fəal və canlı oğlanları bəyənən qadınlar qarabibərdən çox təsirlənir.
(Təklif: Burberry The Beat For Men)
İLANQ İLANQ: Qadınlarda söhbət etmək istəyi oyadır, daxili təravət verir edir.
(Təklif: Cerruti 1881 Pour Homme)
JASMİN: Yüngül və zərif jasmin qoxusu, qadın qəlbini yumşaldır, münasibətlərin düzəlməsinə köməkçi olar.
(Təklif: Yves Saint Laurent Jazz)
Hiç yorum yok :
Yorum Gönder