Son yazılar
recent

Siqaretin təsirini ən aza endirmək üçün bunları edin


 Siqaretin hər kəsə və demək olar ki, bütün orqanlara zərər verən pis bir vərdiş olduğunu bilirik. Ancaq hər şeyə baxmayaraq siqareti tamamilə buraxmağı bir növ bacarıq və ya davamlı olaraq "passiv siqaret çəkən" mövqeyində siqaret tüstüsünə məruz qalırsız, sağlamlığınızı bir azca da olsa qorumaq üçün bunlara diqqət edin

 Bol-bol təmiz hava alın
 Hər kəsin tez-tez təmiz hava almağa ehtiyacı var, amma siqaret tüstüsünə məruz qaldığınız halda daha çox təmiz havaya ehtiyac duyacaqsınız unutmayın!
 Siqaret çəkməyin ən qabarıq təsirlərindən biri, nəfəs almada çətinlikdir. Ciyərlərinizin ehtiyacı olan oksigeni almasına siqaret çəkməklə mane olduqda, bunu kompensasiya etmək üçün fürsət tapdıqca təmiz hava alın. Məsələn, qapalı məkanlarda siqaret çəkməmək və ya siqaret çəkdikdən sonra açıq havada dərindən bir az nəfəs almaq belə faydalı olacaqdır.
 Oksigenin bol olduğu məkanlarda -parklarda, bağlarda və meşələrdə də fürsət tapdıqca vaxt keçirməyə çalışın.
 Daha səmərəli və düzgün nəfəs almaq üçün fərqli nəfəs texnikalarını da sınaya bilərsiniz. Hətta oksigen terapiyası ilə siqareti atanlar da olur!

 Qidalanmaya daha çox diqqət edin
 Siqaret dumanının oksid təsirilə orqanizmdə zərərli maddələrin yığılması asanlaşır. Bu səbəbdən xüsusilə C vitamini və beta karotin tərkibli ərzaqların (limon, portağal, brokkuli kələmi, kivi, yerkökü, pomidor və s). nizamlı olaraq istehlak edilməsi lazımdır.

 Qan dövranını sürətləndirin
 Siqaretin ən zərərli təsirlərindən biri də qan dövranı problemləridir. Bu səbəbdən qan dövranınızın normal olması üçün xüsusi səy göstərin.
 Səhərlər soyuq duş qəbul etmək, gün ərzində kiçik məşqlər etmək, imkan tapdıqca yerimək və pilləkəndən enib çıxmaq işə yarayacaqdır. Əlbəttə, ən gözəli, mütəmadi olaraq, həftədə ən az iki gün idman etməkdir!

 Siqareti azaltmaq üçün nə etməliyəm?
 Kofein içkisinin istehlakını mümkün qədər azaldın.
 Mütləq idmana başlayın. İdman edərkən özünüzü daha sağlam hiss edəcəksiniz! Bundan başqa, idman etdikdə bol-bol endorfin hormonu ifraz olunur, bu eyni zamanda "xoşbəxtlik hormonu" olaraq bilinən hormonlardan biridir. Mütəmadi idamanla məşğul olmaq siqaret çəkməklə yaranan gərginlik, əsəbilik kimi halların azalmasına da yardımçı olacaqdır.


 İlk siqaret və son siqaret saatlarını müəyyən edin
 Aparılan araşdırmalar, yuxudan dərhal əvvəl çəkilən siqaretin çox daha zərərli olduğunu göstərir. Həmçinin səhər oyanar oyanmaz, xüsusilə ac qarnına çəkilən siqaret də mədə və həzm sisteminizə daha çox zərər verir. Ən azından günün ilk siqaretini gecikdirin, axşam çəkəcəyiniz son siqaret üçün də bir saat müəyyən edin və o saatdan sonra siqaret çəkməyin. Bu şəkildə siqareti atmaq üçün böyük bir addım atmış olacaqsız!

Hiç yorum yok :

Yorum Gönder

Тизерная сеть GlobalTeaser
Powered by Blogger.