
Çantanın çəkisinin uşağın çəkisinin 10%-ni keçməməsinə diqqət göstərin. Məsələn, 40 kq-lıq bir uşaq üçün maksimum çəki 4 kq olmalıdır.
Məktəb çantası kürəkdə və çiyinlərdə ağrıya səbəb olmayacaq ağırlıqda olmalıdır. 12 yaşından kiçik olan uşaqların 4; 12-15 yaş arası uşaqların da 5 kiloqrama qədər olan çantaları götürə biləcəyini deyə bilərik. Ancaq, çantanın uzun müddət götürülməməsinə diqqət edilməlidir.
Ağır kürək çantaları uşaqlarda nə kimi xəstəliklərə yol açar?
Məktəb çantaları getdikcə övladlarımızda bel və kürək problemlərinə yol açır. Xüsusilə onurğa inkişafının yarandığı 8-18 yaş arasında getdikcə daha tez-tez kürək çantası istifadəsi uşaqlarda artan sıxlıqda bel-kürək və çiyin ağrıları, bel və kürəkdə əyriliklər və hətta ağciyər üzərinə etdiyi təsir ilə tənəffüs tutulması kimi təsirlərə səbəb ola bilər.
Ölkəmizdə xüsusilə şkaf olmayan məktəblərimizin geniş olması səbəbindən uşaqlarımızı ağır kürək çantaları daşımağa məhkum edir.
Nələr Edilməlidir?
1- mümkün qədər yüngül kürək çantalar seçilməlidir. O səbəbdən, çantanın boş ağırlığını mütləq alarkən nəzərə alın. Hər növ aksessuarın çanta çəkisini artıracaq təsir yaradacağını unutmayın.
2- Bel səviyyəsinin 5 santimetr yuxarısına qədər gələn çantalara üstünlük verin. Daha aşağı enməsi beldə artıq çəki yarada bilər.
3- Yastıqcıqlar olan bel və çiyin hissəsi, bu bölgələrə minən yükü azaldacaqdır.
4- Yaşı nisbətən daha böyük uşaqlarda xüsusi bel kəməri belə düşən ağırlığı azaltmada faydalı ola bilər.
5- Təkərli çantalar düz yerlərdə sürüyərək daşımağa da yardımçı olacağı üçün uşağın yükünü azaltmada faydalı ola bilər.
İstifadə zamanı isə bu məqamlara xüsusi diqqət yetirmək lazımdır.
Çantanın düzgün götürüldüyündən əmin olun. Heç vaxt tək tərəfli istifadə etməyə icazə verməyin. Çox elastik ya da sıx bağlara diqqət edin.
Ağırlığın çanta daxilində balanslı paylanılmasını təmin edin. Arxa və orta gözlər daha ağır obyektlər üçün seçilməlidir.
Çantanı yerdən qaldırarkən dizləri əyərək və mütləq 2 əl ilə tutularaq qaldırılmalıdır.
Ailə üzvü olaraq ən azından həftədə bir gün çantanın tamamilə boşaldılıb içində lazımsız daşınan əşyaları götürün və yenə həftədə ən az bir dəfə uşağınıza çantanı necə daşıması lazım olduğunu yenidən göstərin.
İstifadə zamanı uşaq, kürək, çiyin ya da bel hissələrində yaranan ağırlıqlara nəzarət edib bağlı bölgələrə baxararaq nəzarət etməli və əgər qızartı kimi təzyiq olduğunu görsəniz, həmin hissəyə gündə 2 dəfə buz qayun. Ancaq ağrılar davam edərsə, mütləq həkimə göstərilməlidir.
Hiç yorum yok :
Yorum Gönder