Son yazılar
recent

Kişilərin istifadə etməsi lazım olan vitaminlər

 
 Kişilərin istifadə etməsi lazım olan vitaminlər, qadınların istifadə etməsi lazım olanlardan fərqlidir. Kişi fiziologiyası və biologiyası əsasən daha çox enerji itirən bir bədənə sahib olduğundan, güc sərf edən bir varlıq olması səbəbindən bəzi vitaminlərə daha çox ehtiyac duyur.
 Kişilərin daha çox ehtiyac duyduqları vitaminləri aşağıda sadalamışıq. 

 KİŞİLƏRƏ LAZIM OLAN XÜSUSİ VİTAMİNLƏR və DOZALARI:

 A Vitamini
 İmmunitet sistemini dəstəkləyən A vitamini orqanizmin mikroblarla savaşan hüceyrələrin miqdarını 8% artırır.

 Kişilər üçün lazımlı A vitamini doza: Gündə 5000 (IU)
 Hansı qidalarda var?

 Yerkökü,
 Şirin kartof,
 Manqo meyvəsi,

 C Vitamini
 Stress azaldıcı, xərçəngə qarşı qoruyucu, burun axıntısını azaldıcı xüsusiyyəti vardır.
 Kişilər üçün lazım olan C vitamininin miqdarı: Gündə 500 mq-dır.
 Tərkibində C vitamini olan bitkilər hansılardır?
 Sitrus bitkiləri,
 Pomidor,
 Rəngli bibərlər.

 D Vitamini
 Günəş ən təbii D vitamini mənbəyi olub, qış mövsümündə çatışmazlığı artmaqdadır. Əsl funksiyası Kalsium ilə birlikdə istifadə edilsə sümük qırılmasına qarşı qoruma xüsusiyyəti olduğundan idman edən kişilər üçün şərtdir. Kişilərdə çənbər bağırsaq xərçənginin qarşısını almağa kömək edir.
 Gündəlik dozası: 31-50 yaş arası kişilər üçün: Gündə 200 IU, 51-70 yaş arası kişilər üçün 400 IU. Orqanizmə kömək üçün qəbul edilə biləcək miqdardır.
 Hansı qidalarda olur?
 Süd
 Taxıl
 Balıq
 Marqarinlər.

 E Vitamini
 Xərçəngə qarşı çox təsirli olub, selenlə yanaşı qəbul edildikdə təsirini artırır və prostat xərçəngi yaranma ehtimalını 53% nisbətində azalda bilər. Şişlərin düşmənidir.
 Kişilər üçün lazımlı E vitamini dozası: Gündə 200 IU-dir.
 Hansı qidalarda olur?
 Tərəvəz yağları,
 Lifli yaşıl tərəvəzlər.

 K Vitamini
 Qan laxtalandırıcı xüsusiyyəti vardır. Bu vitamin düzgün çalışmasına da faydalıdır. Bu səbəblə qaraciyər xərçənginin yayılmaması baxımından faydalıdır.
 Kişilərə lazımlı K vitamini dozası: Gündə 80 mkq. (mikroqram).
 Hansı bitkilərin tərkibində var?
 Yaşıl tərəvəzlərdə olur.
 Kişilərin qəbul etməsi lazım olan vitaminlər həm zehni, həm duğusal və həm də fiziki olaraq çox mühüm olub, xüsusilə bədən gücü ilə çalışan kişilərin yuxarıdakı vitaminləri qəbul etmələrinə diqqət etməli, lazım gəldikdə multivitamin komplekslərini və lazımi mineralları istifadə etmələri kişi sağlamlığı baxımından son dərəcə lazımlıdır.

Hiç yorum yok :

Yorum Gönder

Тизерная сеть GlobalTeaser
Powered by Blogger.