
Ricinum communis adlanan bitkinin yetişmiş qozalarının toxumlarını soyuq pres altında saxlamaqla alınır.Toxumlarının qabığında olan zəhərli maddə risin(toksalbumin) bu zaman yağa keçmir.Gənəgərçək yağı sarımtıl şəffaf qatı mayedir, xoşa gəlməyən dada malikdir.Onikibarmaq bağırsaqda pankreans şirəsinin və ödün təsirindən risinol turşusuna və qliserinə parçalanır.Risinol turşusu qələviləşərək risinol sabununa çevrilir, o da nazik bağırsaqların divarlarındakı reseptorları qıcıqlandıraraq reflektor yolla peristaltikanı artırır və 5-6 saatdan sonra möhtəviyyatın boşalmasına səbəb olur. Bununla yanaşı uşaqlıq əzələsini sıxır.
İstifadəsinə göstərişlər:
Müxtəlif mənşəli qəbizlikdə, zəhərlənmələrdə, doğuş fəaliyyətinin zəifləməsində istifadə olunur.
İstifadə qaydası:
Böyüklərə 15-20 qram, uşaqlara 5-15 qram verilir. Doğuşu sürətləndirmək üçün 30-40 qram qəbul olunur. Yanıqların, yaraların müalicəsində, başın tüklərini möhkəmlətmək və dərini yumşaltmaq üçün xaricə tətbiq olunur.
Əks göstərişləri:
Appendisitdə, peritonitdə, xora xəstəliyində, hamiləlikdə, fosfordan zəhərlənmələrdə, yağlarda həll olan qurdqovucuları qəbul etdikdə.
Yan təsirləri:
Gənəgərçək yağı bəzən ürəkbulanma, qusma və güclü ishal törədir.
Buraxılış forması:
Flakonlarda 30-50 ml və jelatin kapsullarda 1.0 buraxılır.
Hiç yorum yok :
Yorum Gönder