
İnformasiya resursu – iqtisadi fəaliyyətin informasiyalaşdırılmasının əsası kimi. İnformasiya resursu – iqtisadi fəaliyyətin informasiyalaşdırılmasının əsası kimi. Müasir cəmiyyəti informasiya cəmiyyəti adlandırırlar, çünki cəmiyyətin böyük əksəriyyəti informasiyanın və eləcə də, onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və realizasiyası ilə məşğuldur. Bu cəmiyyətin başlıca xüsusiyyəti məhz kəsilməz informasiya mübadiləsidir. İnformasiya texnologiyalarının verdiyi imkanlar iqtisadi prossesləri avtomatlaüdirmaqa o cumlədən mövcud strukturları virtual formalarla əvəz etməyə imkan verir. Bu da öz tövhəsini ölkələr arası ticarətin geniülənməsində, iqtisadi əlaqələrin geniülənməsindəvə digər sahələrdə göstərir. Bu şəraitdə insanlarin iş prosesləri dəyişilir o cümlədən ticarət, istehsal yeni mustəvidə həyata keçirilir. Kompyuter texnikasının və telekommunikasiyanın inkişafı informasiyanı əvvəllər mümkün olmayan həcmdə və əməli şəkildə toplamağa, saxlamağa, emal etməyə və ötürməyə imkan verir. İqtisadiyyat yalnız maddi nemətlərin istehsalı ilə deyil, eyni zamanda informasiya məhsulu və xidmətlərinin təşkili və genişlənməsi ilə xarakterizə edilir. Yeni iqtisadiyyat üçün informasiya sənaye iqtisadiyyatının nefti kimi qiymətli olur, o, yeni əsrdə zəruri biliklərin alınması üçün “yanacağa” çevrilir. Ayrı-ayrı insanların, qrupların, kollektiv və təşkilatların fəaliyyəti əhəmiyyətli dərəcədə onların mövcud informasiyadan səmərəli istifadə etmək bacarığından və informasiyalılığından asılıdır. Hər hansı qərarı qəbul etməzdən əvvəl kifayət həcmdə informasiyanı toplamaq, emal və təhlil etmək lazımdır. İstənilən sahədə rasional qərarların qəbul edilməsi böyük həcmdə informasiyanın emalını tələb edir ki, bu da, texniki vasitələrin köməyi olmadan mümkün deyildir. “İnformasiya” termini ilə çoxhəcmli bir anlayış ifadə olunur. İnformasiya – maddi mühitin obyekt və hadisələri, obyekt və hadisələrin parametrləri, xassə və vəziyyətləri haqqında onların özündə saxladığı qeyri-müəyyənliyi azaldan məlumatdır. İnformasiyanın mühüm növ müxtəlifliyi iqtisadi informasiyadır. İqtisadi informasiya müəyyən zaman anında əmək, maddi və maliyyə resurslarının tərkibi haqqında məlumatı özündə saxlayır. İnformasiya iqtisadi nemət xüsusiyyətlərini əldə edir və iqtisadiyyatda təsərrüfat prosesində istifadə olunan məhsula (informasiya məhsuluna, informasiya xidmətinə) çevrilir. İnformasiya məhsulu – maddi və ya qeyri-maddi formada yayılmaq üçün istehsalçı tərəfindən yaradılmış verilənlərin məcmusudur. İnformasiya məhsulu digər maddi məhsul kimi xidmətlər vasitəsilə yayıla bilər. İnformasiya xidməti - informasiya məhsullarının istifadəçinin ixtiyarına verilməsidir. İnformasiya resursu elmi, istehsal, idarəetmə və digər məsələlərin həlli üçün maddi daşıyıcıda istənilən formada qeydə alınmış informasiya toplusudur. İnformasiya resursları: • mövzu (ictimai-siyasi, elmi, texniki, hüquqi, iqtisadi və s.); • mülkiyyət forması (dövlət, bələdiyyə, özəl); • daxil olma (açıq, gizli, məhdud); • təsvir forması (mətni, əyani, səsli); • daşıyıcı (kağız, elektron) ilə xarakterizə olunur. İnformasiya resurslarından istifadə insanın iqtisadi fəaliyyəti ilə müşayiət lunur. İnformasiya məhsullarına və xidmətərinə verilənlər bazası, proqram təminatı, təlim xidmətləri, məsləhət, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin nəticələri və s. aiddir. Bu məhsul və xidmətlər informasiya bazarında mübadilə olunur. Verilənlərin təşkili və onların emalı proseslərinin - informasiya resurslarının idarə olunması ayrıca idaretmə funksiyasına çevrilir. Bütün bunlar cəmiyyətdə informasiyalaşdırma adlanan proseslə bağlıdır. Cəmiyyətin bu inkişaf mərhələsində informasiya istehsalı fəaliyyətin əsas növlərindən birinə çevrilir və kompyuterləşmə bu prosesin tərkib hissəsi kimi çıxış edir. İstehsal münasibətlərinin mürəkkəbləşməsi və əvvəlki vasitələrlə həlli mümkün olmayan qlobal problemlərin meydana gəlməsi ilə əlaqədar olaraq öz məskunlaşma mühitində bəşəriyyətin təbii resursların məhdudiyyətini dərk etməsi informasiyalaşdırmanın inkişafına səbəb olmuşdur. İnformasiyalaşdırma (A.P.Yerşova görə) – informasiya prosesidir - bütün sosial əhəmiyyətli informasiyanın elektron vasitələrin köməyilə saxlanma, emal və ötürülmə üçün münasib formada ayrılması və təsviri prosesidir. Formalaşma mənbələrinə görə və konkret təşkilata münasibətdə informasiya resursları daxili və xarici resurslara bölünür (şək.1.): Şək.1. Təşkilatın idarə olunması üçün zəruri olan informasiya resurslarının strukturu Təşkilatın vəziyyətinə kompleks qiymət vermək və onun inkişaf perspektivlərini təyin etmək üçün xarici mühit - təşkilatdan kənar mövcud olan və onun fəaliyyətinə təsir göstərən obyektlər və amillər haqqında məlumata malik olmaq vacibdir. Xarici informasiya müxtəlif mənbələrdən, o cümlədən informasiya bazarından alına bilər. İnformasiya bazarı bir neçə sektora bölünür: o İşgüzar informasiya o Elmi və professional informasiya o Sosial-siyasi və hüquqi informasiya o Kütləvi və istehlak informasiya Bazar iqtisadiyyatı şəraitində işgüzar informasiyanın mühüm rolu vardır. 3. Müasir iqtisadiyyatda informasiya texnologiyalarının inkişaf qanunauyğunluqları. Müasir iqtisadiyyatda informasiya texnologiyalarının (İT) inkişaf qanunauyğunluqları. Müəssisənin idarəetmə sisteminin təkmilləşməsi informasiya iqtisadiyyatı şəraitində informasiya texnologiyaları bazasında baş verir. Bazarda məhsul və xidmətlərin artırılması, rəqabət, dəyişilən bazar şəraitində yeni texnologiyaların tətbiqi haqqında müəssisənin məqsədləri təşkilatın menecerlərinin informasiyalaşdırılması yolu ilə əldə olunur. Xarici mühitin Təşkilatların informasiya resursları Daxili mühit haqqında informasiya Təşkilatın fəaliyyəti nəticəsində meydana çıxan məlumatlar işlərin daxili vəziyyətini xarakterizə edir. Xarici mühit haqqında informasiya Təşkilatın təsir etdiyi xaric mühit haqqında məlumatları özündə saxlayır. parametrlərinin tez-tez dəyişilməsi informasiyanın yayılma sürətinin və həcminin artmasına gətirib çıxarır. Bununla əlaqədar olaraq biznesin uğurla qurulması üçün qərarın qəbul edilmə zamanını qısaltmaq və bununla da yeni İT bazasında informasiyanın yenidən işlənilməsi və ötürülmə sürətinin artırılmasına nail olmaq lazımdır. Biznes sahəsində informasiya proseslərinin inkişafının qanunauyğunluqlarının və tendensiyalarının təhlili həm idarəetmə proseslərinin, həm də məhsulun istehsalı və xidmət proseslərinin yüksək templə informasiyalaşdırılmasına gətirib çıxarır. İnformasiyalaşdırma dedikdə “informasiya sənayesi”nin inkişafı başa düşülür. Bu terminin aşağıdakı şərhlərinə nəzər salaq: 1) informasiya cəmiyyətinin təşkili və təkmilləşməsi prosesi; 2) perspektiv İT əsasında dövlətdə və cəmiyyətdə informasiyanın istifadəsinin səmərəliliyinin yüksəldilməsi prosesi; 3) noonsferanın formalaşma prosesi. İnformasiyalaşdırma prosesinin ölçülməsi ictimai həyatın bütün sahələrində İT-nin tətbiq miqyasının müəyyən edilməsi yolu ilə həyata keçirilir. Müasir İT kompyuter texnikasından istifadəyə əsaslandığından bəzən “informasiyalaşdırma” və “kompyuterləşdirmə” anlayışları eyni qəbul edilir. “İnformasiya texnologiyası” anlayışı “informasiya” və “texnologiya” anlayışları əsasında yaranmışdır. İnformaisya – ətraf aləmə bizim uyğunlaşdığımız və hisslərimizin uyğunlaşdığı zamanda ondan alınanın məzmunudur.
