Bu qədər orqanın olduğu sistemdə balanssız qidalanma, siqaret, su istifadəsi çatışmazlığı, nizamsız qidalanma, isti qida amili kimi müxtəlif səbəblərə görə sistem tarazlığı pozularaq xəstəliklər yarana bilir. Bu xəstəliklər çox müxtəlif olur və bəziləri həyatı təhlükəyə qədər gedib çıxır. İndi bunlara toxunaq;
AĞIZ İLƏ BAĞLI XƏSTƏLİKLƏR
Ağızın yaxşı təmizlənməməsi bir çox xəstəliyin mənbəyini yaradır.
DİŞ ÇÜRÜMƏLƏRİ:
SƏBƏBLƏRİ: Yaxşı təmizlənməyən dişlər və çox şəkərli qidalarla qidalanma. Gecə yatmadan əvvəl dişlərin fırçalanmaması.
MÜALİCƏ: Ağız təmizliyinin aparılması, kanal və plomb müalicələri. Həddindən artıq çürük isə diş çəkilişi aparılması.
ƏLAMƏT: Yemək yeyərkən hiss edilən ağrı, sızlama. Çeynəmə çətinliyi.
DİŞ DAŞLARI:
SƏBƏBLƏRİ: Dişlərin təmizlənməməsi. Yemək sonrası dişlər arasında qalan və yetərli müddət həll olunmayan yemək artıqlarının tüpürcək ilə birləşib, bakteriya fəaliyyəti nəticəsində diş daşlarına çevrilməsidir.
MÜALİCƏ: Dişlərin, diş daşları əmələ gəlmədən əvvəl fırçalayaraq təmizlənməsi lazımdır. Yarandıqdan sonra isə bir diş həkiminə gedərək daşlar təmizlətdirilməlidir. Təmizlənməyən diş daşları diş itkilərinə səbəb ola bilər.
ƏLAMƏT: Diş aralarında bozumtul və ya sarımtıl kütlələr, diş çəkilmələri, nəticədə diş itkiləri yaranır.
SƏBƏBLƏRİ: Davamlı bərk cisimlərin diş aralarına daxil olması, askorbin turşusu (C vitamini) qəbulundakı məhdudiyyət və diabet, böyrək və qan xəstəlikləri ən mühüm səbəbləridir.
ƏLAMƏT: Dişlərində ağrı, qanaxmalar və son mərhələdə isə diş itkiləri baş verə bilər.
MÜALİCƏ: Ağız təmizliyi mütəmadi aparılmalıdır. Antibiotik müalicəsi tətbiq oluna bilər. Gələcək hallarda cərrahi müdaxilə lazımdır.
TÜPÜRCƏK VƏZİLƏRİNİN İLTİHABLARI: Ən çox rastlanan xəstəlikdir.
SƏBƏBLƏRİ: Tüpürcək kanalı darlığı ya tüpürcək ifrazının azalmasıdır.
ƏLAMƏTLƏRİ: Tüpürcək vəzilərində əmələ gələn ağrı
MÜALİCƏ: İltihab olduqda antibiotik müalicəsi tətbiq olunur.
TÜPÜRCƏK VƏZİSİ DAŞLARI:
ƏLAMƏTLƏRİ: Tüpürcək vəzilərində ağrı ilə özünü büruzə verir. Yemək yemə əsnasında ağrı hiss edilir.
SƏBƏBLƏRİ: Səbəbi tam olaraq bilinməsə də kifayət qədər su götürülməsinin səbəb olacağı güman edilir. Kifayət qədər maye qəbulu kalsium və fosfat minerallarının çökərək daş əmələ gəlməsinə zəmin hazırlayır.
MÜALİCƏSİ: Müalicə cərrahi olduğu kimi, tüpürcək kanallarından endoskopun köməyi ilə də çıxarırlar. Az çöküntülü ərzaqlar qəbul olunmalıdır.
AĞIZ YARALARI: Aft olaraq da bilinir. Dildə də yarana bilər.
ƏLAMƏTLƏRİ: Yemək yeyə bilməmək.
SƏBƏBLƏRİ: İmmunitet sisteminin zəif olması ya da bu sistemi zəiflədən dərmanların istifadəsi, stress, ağız içi travmaları, uyğun olmayan diş pastaları
MÜALİCƏ: Dərman və pəhriz müalicəsi tətbiq olunur. Ağız təmizliyinə əhəmiyyət verilməlidir.
AĞIZ XƏRÇƏNGİ:
ƏLAMƏTLƏRİ: Ağrı və iştaha kəsilməsi
SƏBƏBLƏRİ: Siqaret və spirt istifadəsi, hazır qidalarda olan kanserogen maddələr
MÜALİCƏSİ: Bütün xərçəng xəstəliklərində olduğu kimi, əməliyyat, radioterapiya.
SƏBƏBLƏRİ: Genetik uyğunluq və ekoloji amillər. Siqaret çəkənlərdə bu nisbət daha çoxdur.
MÜALİCƏ: Steroid tərkibli dərmanların istifadəsi
UDLAQ XƏSTƏLİKLƏRİ
Udlaq ilə bağlı ən sıx qarşılaşılan problem bakteriyaların səbəb olduğu faringit xəstəliyidir. Faringit xəstəliyi, Udlaq toxumunun iltihabıdır. Udlaq xəstəlikləri atəş, ağrı və qızartı ilə əlamət verərək udma çətinliyi ortaya çıxarır. Faringitin müalicəsində antibiotiklər istifadə edilir. Temperaturun azaldılması üçün temperatur azaldıcı dərmanlar istifadə edilir.
UDLAQ XƏSTƏLİYİ: Kiçik uşaqlarda görülür. Udlağın müxtəlif səbəblərlə irinləməsidir. Penisillin və ya digər antibiotiklər müalicədə müsbət nəticələr verir.
UDLAQ İFLİCİ: Müxtəlif səbəblərlə mərkəzi sinir sisteminin zərər görməsi nəticəsində yaranır. Udma zamanı mayelər buruna qaça bilər, nəfəs verməmə problemi yarana bilər. Səbəbin mənbəyinə görə müalicə metodu müəyyən olunur.
UDMA ÇƏTİNLİYİ: Yemək yeyilməsi zamanı udma çətinliyi ilkin əlamətdir. Bu da ağrıya səbəb olur. Udma çətinliyi udlaq ətrafındakı orqanların narahatlığının bir xəbərçisi ola bilər. Xəstəlik yaxşı müayinə edilib, xəstəliyin mənbəyinə görə müalicə edilir.
QİDA BORUSU XƏSTƏLİKLƏRİ: Tibbdə ezofaqus adlandırılır. Çox isti yeməklərin yeyilməsi yada içilməsi yemək borusunda problemlərə yol açır. Digər xəstəliklər arasında:
AKALAZİYA: Yemək borusunun strukturunda yerləşən düz əzələləri xəbərdar edən sinirlərin fəaliyyətlərindəki bir pozulmaya verilən addır. Nəticə olaraq isə ezofagusun mədə ilə birləşdiyi klapan yeməklərin udulması zamanı zəifləyə, akalaziya deyilən xəstəlik ortaya çıxa bilər. 5% qədər xəstədə xərçəng yaranması görülə bilər.
ƏLAMƏTLƏRİ: Udma çətinliyi (məhz maye və qazlı içəcəklər), yeyilən yeməyin geri gəlməsi, bəzən yeməyin udulması zamanı ağrı.
MÜALİCƏSİ: Yüngül hallarda müxtəlif dərmanların (nifedipin) istifadəsi faydalı ola bilər. Amma digər akalaziya problemlərində Endoskopik balon dilatasionu və bu müalicədən nəticə verməyən insanlarda isə Cərrahi müalicə (Laparoskopik miotomia) üsulları tətbiq olunur. Xəstəyə çöküntüsü az və yumşaq qidaların istehlak edilməsi təklif edilir. Bundan başqa qidalar yaxşıca doğranmalıdırlar.
ƏLAMƏTLƏR: Mədənin mühiti turş olduğundan yemək borusuna qaçması nəticəsində qida borusunu dağıdır. Bu da xoraların yaranması hallarına yol açır. Yemək borusunda qıtlıqlar yarana bilər. Yemək yedikdən yarım və ya bir saat sonra başlayıb artan yanma hissi ən tanınan əlamətdir.
SƏBƏBLƏRİ: Ezofagusun alt qapağındakı funksiya itkisi, mədə qrijası, bəzi dərmanlar, mədədəki qidanın vaxtında həzm edilməməsi, mədə turşusunun artması.
MÜALİCƏSİ: Başlanğıcda qoruyucu tədbir kimi kilo nəzarəti aparılmalı, yatmazdan əvvəl yemək yemə vərdişindən qətiyyən imtina edilməli, yağda qızardılmış yeməklər olduqca məhdudlaşdırmalı və yemək yeyəndən sonra idman edilməməlidir. Bu tədbirlərə hər zaman riayət edilməlidir.Reflyunuz hələ də davam edirsə həkiminiz sizə ilk növbədə dərmanla müalicə tətbiq edəcək və bədəninizə reaksiya gözləyəcək. Nəticə vermədiyi təqdirdə cərrahi müalicə və endoskopik müalicə tətbiq etmələrinə keçiləcəkdir.
HİATAL HERNİA (QRIJA): Mədənin bir qisminin döş boşluğuna keçməsidir. Reflyuksun inkişaf ehtimalı çox yüksəkdir. Adətən əlli yaşın üzərindəki insanların təxminən yarısında görülər.
ƏLAMƏTLƏRİ: Mədə ətrafında yanma hissi, gecikmiş hallarda isə qan sızmalarına bağlı olaraq anemiya görülür.
SƏBƏBLƏRİ: Öskürmə, tənəffüsün ləngiməsi, hamiləlik kimi sinə daxili təzyiqi artıran amillər qrıja əmələ gəlməsinə səbəb olur.
MÜALİCƏSİ: Tez-tez və az yeməyə üstünlük verilir. Yemək sonrası dərhal yatmamalı, qarın üzərinə təzyiq edən dar paltarlar geyinmək, turşulu və çox isti qida qəbulundan imtina edilməlidir.
YEMƏK BORUSU XƏRÇƏNGİ: Yemək borusunda əmələ gələn şiş adı verilən xərçəng hüceyrələridir. Spirt, siqaret istifadə edənlərdə, əsasən kişilərdə, artıq çəkili insanlarda, intihara meyli ilə zəhərli maddə daxildə görülə bilər. Akalaziya xəstəliyinin müalicə çatışmazlığı xərçəngə yol aça bilər.
ƏLAMƏTLƏRİ: Ən çox yayılan simptom udma çətinliyidir. İlk vaxtlarda ərzaqların udulmasında çətinlik şəklində ,sonralar isə insan maye qidalar belə udmaqda çətinlik çəkir. Nəticədə qidalar ağızdan geri gəlir. Bu əlamətlərlə yanaşı mədə üzərində yanma, tüpürcək artımı və afoniya da digər əlamətlər arasındadır.
SƏBƏBLƏRİ: Səbəbləri haqqında dəqiq məlumatlar bilinməsə də hərəkətverici faktorların olduğu güman edilir. Bunlar arasında alkoqol və siqaret istifadə xərçəng yaranma riskini 6 dəfə daha çox artırdığı müəyyənləşib.
MÜALİCƏ: Müalicə xəstənin yaşı, ümumi vəziyyəti, şişin mərhələsinə görə dəyişir. Xüsusilə erkən mərhələdə tümor yalnız yemək borusu sümük toxumasında olduğundan müalicədə müvəffəqiyyət əldə edilir. Amma irəliləmiş, yəni yemək borusunun çoxu hissəsinə yayılmış və yemək borusunun ətrafındakı orqanlara da yayılan xərçənglərdə müalicə böyük nisbətdə uğursuzluqla nəticələnir. Yemək borusunda müalicə variantları şüa müalicəsi, radioterapiya və kemoterapiyadir. Bu müalicələrdən xəstənin vəziyyətinə görə münasib olanı həkim təyin edərək xəstənin vəziyyətini müşahidə edəcəkdir. Müalicəyə cavab verməyən hallarda yemək borusunun tamamilə çıxarılması seçimi edilə bilər. Amma belə bir vəziyyətdə də xərçəng hüceyrələrinin yenidən ortaya çıxması səbəbi ilə yaşamaq ehtimalı yüzdə iyirmi faiz həcmindədir.
MƏDƏ İLƏ BAĞLI XƏSTƏLİKLƏR
Mədə Pozğunluğu: Tibbdə dispepsiya adlandırılır.
ƏLAMƏTLƏRİ: Mədədə doluluq, şişkinlik və ağırlıq hissi, mədə bulanması, qarın ağrısı, qusma, mədə turşuluğu ən sıx görünən əlamətlərdir. Əlavə olaraq anoreksiya və baş ağrısı da verə bilər.
SƏBƏBLƏRİ: Sürətli yemək yemə, yaxşıca çeynəmədən udmaq, yemək yeyərkən hava udulması və stress ən tez-tez görülən səbəblərdir. Əlavə olaraq vaxtsız yemək yemə, bir-biri ilə uyğunlaşmayan qidaların qəbulu və çox siqaret, çay və qəhvə istehlakı də digər səbəblər arasında sayıla bilər.
MÜALİCƏ: Yuxarıda sadalanan səbəblər aradan qaldırıldıqda böyük ehtimalla problem öz-özünə aradan qalxacaqdır. Əlavə qidalar yaxşı bişirilməli, ədviyyatlı olmamasına diqqət göstərilməli, hava udmamaq üçün yemək yeyərkən danışmamalıdır.
QASTRİT: Mədənin daxili səthinin xarablığı və ya aşınmasıdır.
ƏLAMƏTLƏRİ: Mədədə yanma, doluluq hissi və mədədə ağrı ən sıx qarşılaşılan şikayətlərdir. Şikayətləri ürək bulanması, qusma və ishal da müşayiət edə bilər.
SƏBƏBLƏRİ: Əksəriyyətlə Helicobacter pilori adı verilən bir bakteriya tərəfindən yaranır. Yanaşı Siqaret, qəhvə və çay istehlakında ifrata qaçılması, mədəyə təsir edən bəzi dərmanlar, çox ağrılı və ədviyyatlı ərzaq istehlak edilməsi ən çox məlum olan səbəblərdir. Bundan başqa qida zəhərlənmələri və viruslar da səbəb ola bilər.
MÜALİCƏ: Yemək yemə zamanı diqqət ediləcək bir neçə məqamın çoxu həzm sistemi xəstəliklərindən qorunmağı təmin edir. Bənzər şəkildə qastrit şikayətlərindən xilas olmaq və ya minimuma endirmək üçün aşağıdakılara diqqət etməlisiniz. Nizamlı yemək yeməli, yaxşıca çiynəməli, sürətli yeməməli, qızartmalardan və həddindən artıq ədviyyatlı qidalardan uzaq durmağa çalışılmalıdır, alkoqol qəbul etməməli həmçinin gündəlik menyuda təzə tərəvəz və meyvələrdən mütləq alınmalıdır. Müalicə olaraq xəstəliyin ilk günlərində damardan qidalanma tətbiq oluna bilər. Ardından maye qida qəbuluna keçilir. Sonra isə qatı qidalarla davam edilir. Bakteriyaların səbəb olduğu qastrit xəstəliyində antibiotik müalicəsi uğurlu nəticələr verməkdədir.
XORA: Qastrit xəstəliyinin inkişaf etmiş şəklidir. Yəni mədənin daxili toxumasının yara halına çevrilməsidir. Kişilərdə sıxlıqla görünən, cəmiyyətdə yüzdə on faiz insanda görülmə sıxlığı var.
ƏLAMƏTLƏRİ: Anoreksiya, şişkinlik, gəyirmə mədədə ağrı və yanma, yeməkdən sonra qusma, gələcək çox hallarda ifrazat qan gəlməsi ən ümumi əlamətlərdirlər.
SƏBƏBLƏRİ: Helicobacter pilori adı verilən bakteriya səbəblərin ən başda gələnidir. Yanaşı mədə turşusunun artıq olması və aspirin kimi bəzi dərmanlar da yardımçı səbəbləri yaradır.
MÜALİCƏ: Profilaktiki olaraq yeməkləri müəyyən saatlarda yeməli, bu nizamın xaricinə çıxarılmamalıdır. Şəkər və duz qəbulu məhdudlaşdırılmalıdır.Zülal baxımından zəngin bir qidalanmaya üstünlük verilməlidir. Bitki yağlarının xora xəstəliyində müsbət təsiri vardır. Südün mədə turşusuna azaldıcı təsiri olsada 1-2 stəkandan artıq olmamalıdır. Pəhrizdə tərəvəz və meyvələr, kəpəkli çörəyə üstünlük verilməlidir. Acı və kofeinli içkiləri də məhdudlaşdırılmalıdır. Müalicəyə səbəb olan bakteriya olduğu üçün antibiotik müalicəsi tətbiq olunur. Qanlı xoralı hallarda əməliyyat qaçılmaz ola bilər.
DUMPİNG SİNDROMU: Mədə ilə bağlı hər hansı bir əməliyyatdan sonra meydana gəlir.
ƏLAMƏTLƏRİ: Yeməkdən yarım saat sonra isti basması, yorğunluq, döyüntü və diareya (ishal) kimi əlamətlər verir.
MÜALİCƏ: Tez-tez və az yeməyə üstünlük verilir. Karbonhidrat deyil, zülal baxımından zəngin qidalanma edilməlidir. Yemək əsnasında maye və həddindən artıq soyuq qidalar qəbul olunmamalıdır. Yemək sonrası istirahət faydalı ola bilər. Antixolinergik və qan şəkərini azaldan dərmanlar istifadə edilir.
MƏDƏ XƏRÇƏNGİ: Mədədə meydana gələn kiçik və ya böyük şiş.
ƏLAMƏTLƏRİ: Mədə ətrafında ağrı, ani zəifləmə, kürək və beldə ağrı, dərhal doyma, ürək bulanması və qusma ən tez-tez belirtileridr. Bunu qara rəngli ifrazat və mədə qıcqırması də müşayiət edə bilər.
SƏBƏBLƏRİ: Həddən artıq duzlu və ədviyyatlı qidalanma, çay, qəhvə və siqaret istifadə və genetik uyğunluq tez-tez görünən səbəblər arasında sayıla bilər.
MÜALİCƏ: Müalicədə müvəffəqiyyət xəstəliyin erkən diaqnozuna bağlıdır. Çox gecikmiş hallarda mədənin şişli qisminin alınıb kimyaterapiya tətbiqi xəstəliyi müalicə edə bilir. Çox gecikmiş hallarda nəticə adətən məlumdur. Qəti müalicə mədənin hamısının alınmasıdır. Lakin müalicə məqsədli keçirilən bu metodda belə ölüm riski var.