Adaptasiya
Adaptasiya (latın dilində adaptare-uyğunlaşdırmaq; adaptiouyğunlaşıram)
– subyektin ətraf mühitə uyğunlaşması prosesi.
Subyektin cəmiyyətlə ünsiyyəti, qarşılıqlı fəaliyyəti nəticəsində
həmin subyekt tərəfindən cəmiyyətdə hökm sürən hakim
normaları və dəyərləri qəbul etməsi prosesi, eyni zamanda
cəmiyyət tərəfindən həmin subyekti qəbul edilməsi prosesi.
Adaptasiyanın digər forması cəmiyyətin yeni zəmanənin tələblərinə
uzlaşması prosesidir və yeni siyasi kursun, iqtisadi islahatların
qəbulu prosesidir və həmin siyasi kursun, iqtisadi islahatların
cəmiyyətin maraqlarına uyğunlaşdırması prosesidir










