Qaş və kipriklər tam sağlam olduqda onları rənkləmək olar, bundan sonra onları duzlu su ilə ( 1 stəkan qaynanmış suya 1 qəhvə qaşığı duz), ya da fizioloji məhlulla yuyurlar.Qaş və kiprikləri ilk dəfə rənklədikdə dərinin həssaslığını yoxlamaq lazımdır.Bunun üçüç rənkdən bir az götürüb qulağın arxasına yaxır və 10 dəqiqədən sonra yuyurlar.Əgər bu yerdə 1 gündən sonra qızartı görünmürsə ya da həmin yer şişmişsə, deməli, rənkdən istifadə etmək olar.
Qaş və kiprikləri möhkəmlətmək üçün tük şotkasını A, D, E və F vitaminləri əlavə edilmiş ilıq gənəgərçək yağında isladıb onları masaj eləmək lazımdır.
Qaşları əvvəl şotka ilə, sonra hər iki əlin orta başmaqları ilə ortadan kənarlara doğru istiqamətdə masaj edirlər.
Kipriklərə qayğı böyük diqqət və səriştətələb edir. Belə ki, naşı hərəkətlər onları qıcıqlandırır. Odur ki, şotkanı bilavasitə gənəgərçək yağına batırmaq lazım deyil.Bir damcı yağı şəhadət barmağına damızdırır, sonra kiprikləri ona yaxınlaşdırır və sonra gözləri açıb yummaqla kipriklərin ucunu onunla isladırlar.Bundan sonra yağı kiprik şotkaları ilə onun dairəsindən kənarlara doğru əvvəl yuxarı, sonra isə aşağı kipriklərə sürtürlər.Hər dəfə işlətdikdən sonra şotkanı isti su və sabunla yuyur, qurulayır və əskiyə bükürlər. Yaxud da ayrıca futlyarda saxlayırlar.

Hiç yorum yok :
Yorum Gönder