Ali məhkəmə
Ali məhkəmə – öz səlahiyyətləri çərçivəsində dövlət
(respublika) məhkəmələrinin məhkəmə fəaliyyətinə nəzarət
edən, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid
edilən mülki, cinayət və digər işlər üzrə kassasiya qaydasında
və nəzarət qaydasında və yeni açılmış hallar üzrə ədalət
mühakiməsini həyata keçirən, məhkəmə praktikasını öyrənən
və ümumiləşdirən, məhkəmə statistikasını təhlil edən, məhkəmə
işlərinə baxıldıqda meydana çıxan məsələlərlə əlaqədar
dövlət (respublika) qanunvericiliyin tətbiqi barəsində məhkəmələrə
rəhbər izahatlar verən və onların (izahatların) dövlət(respublika) məhkəmələri tərəfindən yerinə yetirilməsinə
nəzarət edən və digər səlahiyyətlərini həyata keçirən müstəqil
Ali Məhkəmə orqanıdır; Konstitusiya subyektidir.Ali məhkəməni formalaşmasının
(təyin edilib seçilməsinin) mürəkkəb Konstitusiya
hüquqi qaydası vardır. Ali məhkəmə aşağıdakı tərkibdə
fəaliyyət göstərir: Mülki işlər üzrə Məhkəmə kollegiyası,
Cinayət işləri üzrə Məhkəmə kollegiyası, onun Rəyasət
Heyəti-Pleniumu.