Menyunu Seç
Menyunu Seç

Favorit

Maraqlı

Sağlamlıq

Kişilər

Qadınlar

Texniki

Qanunlar Nə Deyir

Avtomobil

Əyləncə

» » » Xroniki qastrit


World News 10:17 0


Xroniki qastrit
Etiologiyası:
Xroniki qastrit polietioloji xəstəlikdir.
Xarici amillər:
1) Kimyəvi maddələr
2) Siqaret istifadəsi
3) Spirtli içkilər
4) Sinir-psixi amillər
5) Peşə zərərləri
6) Dərman maddələri (QSİƏ preparatlar, qlükokortikosteroidlər)
Daxili amillər:
1) Xronik infeksiyalar
2) Endokrin sistemi xəstəlikləri
3) Mədə -bağırsaq sisteminin başqa xəstəlikləri
4) Maddələr mübadiləsinin pozulması
5) Toxuma hipoksiyası ilə müşayiət olunan xəstəliklər
6) İntoksikasiya məhsulları: uremiya
7) Allergik amillər
Patogenezi:
Etioloji amillərin təsirindən mədənin selikli qişası və vəziləri zədələnir,
yerli damar pozğunluğu yaranır, vəzi epitelinin regenerasiyası, mədə
sekresiyasının və motor funksiyasının tənzimlənməsi pozulur. Nəticədə mədə,
bağırsaq dispepsiyası və ağrıları yaranır.
Qastritin növləri: (1990cı il, Avstraliya Sidney şəhəri)
1) H.pylori tərəfindən törənən qastrit ( 70%-ni təşkil edir, B tip qastrit )
2) Xronik autoimmun qastrit (15-18%-ni təşkil edir, A tip qastrit. Sinonimi-atrofik
qastrit)
3) Xronik idiopatik qastrit
4) Xronik reaktiv qastrit (S tip qastrit). Öd reflüksü, QSİƏ dərmanlarının təsirindən
əmələ gəlir.
5) Xroniki qastritin xüsusi növləri:
a) Qranulamatoz qastrit (Kron xəstəliyində, sarkoidozda, vərəmdə)
b) Eozinofil qastrit (bronxial astmada, qida allergiyasında)
s) Limfositar qastrit
Klinikası:
Mədə dispepsiyası – qida qəbulundan sonra epiqastral nahiyyədə ağırlıq,
təzyiq hissi, ürəkbulanma, qusma, qıcqırma, gəyirmə, ağızda xoşa gəlməyən dad,
iy, iştahanın pozulması (90% hallarda müşahidə edilir).
Bağırsaq dispepsiyası - əsasən meteorizmlə özünü göstərir: qarında qurultu,
stulun pozulması – qəbizlik, ishal, dəyişkən stul (20-40% hallarda qeyd edilir).
Ağrı sindromu müşahidə olunur.
Hipoasid qastrit
Əsasən yaşlılarda olur.Ağrının qida qəbulu ilə bağlılığı  olmur, periodiklik olmur.
Bu formaya daha çox dəmir defisitli anemiya, endokrin sistemi xəstəlikləri səbəb
olur.
Kliniki əlamətləri:
 İshal
 Hipokortisizm – arıqlama, adinamiya, ümumi zəiflik, baş gicəllənmə, dəri
örtüklərinin tündləşməsi
  Polihipovitaminoz – dəri quru olur, damaqlar qızarır, dil qalınlaşır, dilin
kənarında dişlərin izi qalır, dil məməcikləri atrofiyalaşır, hamarlaşır,
angulyar stomatit əmələ gəlir.
 İnstrumental müayinə:
Qastroskopiyada: mədə selikli qişasının avazıması və nazikləşməsi, selikli qişa
üzərində qansızmalar müşahidə olunur.
Rentgenoskopiyada: motorikanın güclənməsi və barium sulfatın
evakuasiyasının sürətlənməsi müşahidə olunur.
Xroniki hipoasid qastritin fəsadları:
 Mədə xorası
 Mədə xərçəngi
 Mədənin polipi
Xronik hiperasid qastrit
Daha çox cavanlarda olur. Asidizm əlamətləri – ürəkbulanma, qusma, qıcqırma,
gəyirmə qeyd edilir. Ağrının qida qəbulu ilə əlaqəsi olur, qəbizlik müşahidə
olunur.
Qastroskopiyada mədə selikli qişasının hiperemiyası, ödemi, hipertrofik qastritdə
selikli qişa büküşlərinin qalınlaşması müşahidə olunur.
Rentgenoskopiyada kobud rigid büküşlər aşkar edilir.
Müalicəsi:
Hiperasid qastritin müalicəsi:
1) H.pyloriyə qarşı müalicə - Bu mikroorqanizm müalicəyə çətin tabe olur.
Monoterapiyada istifadə olunan preparatlar:
 Denol 1tab x 4 dəfə -4-6 həftə
 Amoksisillin 0,5 x 3-4 dəfə -7-10 gün
 Doksisiklin 0,1 x 2 dəfə -7-10 gün
 Klaritromisin 250 mg x 4 dəfə -7-10 gün
 Metronidazol 0,25 x 4 dəfə -7-10 gün
İki kombinasiyalı müalicə:
 Denol + Amoksisillin
 Denol + Doksisiklin
 Amoksisiklin + Proton nasosunun inhibitoru (PNİ)- omeprazol və s.
Üç kombinasiyalı müalicə:
 Denol + Doksisiklin + Metronidazol
 PNİ + Amoksisillin + Metronidazol
 Metronidazol + Amoksisillin + Famotidin
Dörd kombinasiyalı müalicə:
PNİ + Denol + Amoksisillin + Metronidazol- 10 gün
2) M xolinolitiklər:
1) Platifillin 0,003-0,005 x 3 dəfə
2) Metasin 1 tab x 3 dəfə
3) Qastrosepin 1 tab x 2 dəfə
3) H2 histamin reseptorlarının blokatorları:
1) Kvamotel 20 mg x 2 dəfə
2) Ranitidin 1 tab x 2 dəfə
3) Simetidin 1 tab x 3 dəfə
4) Antasidlər:
1) Almagel 1-2 ç.q. x 3-4 dəfə y/ə
2) Maalox 1-2 t. x 3 d. y/s
5) Miotrop spazmolitiklər:
 Papaverin 0,4 x 3 dəfə
 No şpa 0,4 x 3 dəfə
 Cerukal 2 ml x 2 dəfə
6) Regenrasiyanı yaxşılaşdıran preparatlar:
1) Riboxin 10 ml x 1-2 d. -20-30 gün
2) Retabolil 1 ml – 3-4 iny.
3) Solkoseril 2 ml x 2 d. - 2-3 həftə
4) Çaytikanı yağı 1 ç/q. x 3 d. - 3-4 həftə
7) Fitoterapiya:
Çobanyastığı
Nanə
 Gicitkən salatı
 Kələm
 Alma
 Çuğundur
 Qara quşüzümü
 Kartof şirəsi (çəhrayı rəngli)
8) Mineral sular - Qələvi mineral sular isti halda (37-38 dər.S) 1 st. × 3 d. yem. 1
saat əvvəl (qazını əvvəlcədən çıxarmaqla)-20-25 gün ərzində qəbul olunur.
9) Sanator- kurort müalicəsi - Borjomi, Yessentuki, Jeleznovodsk.
Remissiya dövründə məsləhət görülür (müalicəvi qidalanma, mineral sular,
fizioterapiya).
Hipoasid qastritin müalicəsi:
1) İltihab əleyhinə müalicə:
 Sukralfat (venter) 2 tab x 3 dəfə y/ə.
 Bağayarpağı dəmləməsi 1 xör./qaşığı x 3-4 dəfə
 Cerukal 2 ml x 2 dəfə ə/d
 Eqlonil (sulpirid) 2 ml x 1-2 dəfə ə/d
 No-şpa 2 ml x 2 dəfə ə/d
 Qalidor 2 ml x 1 dəfə ə/d
2) Sekretor fəaliyyəti artıran preparatlar:
 Prozerin 0,5-1 ml x 1-2 dəfə ə/dax.
 Kokarboksilaza 50-200 mq x 1 dəfə ə/d. 3-4 həftə
 Polivitaminlər
3) Əvəz edici terapiya:
Mədə şirəsi 1-2 xör./qaşığı x 3-4 dəfə y/vaxtı
 Pepsin 1 xör./qaşığı ½ stəkan su ilə qarışdırıb x 3 dəfə, y/vaxtı
 Acidin pepsin 1 tab x 3 dəfə, y/vaxtı
 Panzinorm 1-2 draje x 3 dəfə, y/vaxtı
4) Bağırsaq həzmi pozğunluqlarının korreksiyası:
 Pankreatin 0,5-1qr. x 3-4 dəfə, y/ə.
 Festal 1draje x 3 dəfə, y/vaxtı yaxud y/sonra
 Mezim forte 1-2 tab x 3 dəfə, y/ə. yaxud y/vaxtı
5) Mədə və 12 barmaq bağırsağın motor funksiyasını normallaşdıran preparatlar:
 Cerukal 2 ml x 2 dəfə
 Eqlonil 2 ml x 2-3 dəfə
 No- şpa 2 ml x 2 dəfə
 Papaverin 2 ml x 2 dəfə
6) Regenerasiyanı yaxşılaşdıran preparatlar:
 Bağayarpağı dəmləməsi 1 xör./qaşığı x 3 dəfə y/ə. -1 ay
 Plantaqlusid 1 çay qaşığı qranulanı ½ stəkan su ilə qarışdırıb x 3 dəfə y/ə. -
1 ay
 Karnitin 1-2 flakonu gün ərzində daxilə qəbul etmək-1-3 ay
 Çaytikanı yağı 1 ç.q. x 3 dəfə - 3-4 həftə
7) Mineral sular -Yesentuki, Slavyanovskaya, Mirqorodskaya – yem. 15-20 dəq.
əvvəl isti halda yarım stəkandan 2-3 dəfə 20-25 gün ərzində qəbul olunur.
8) Sanator-kurort müalicəsi remissiya dövründə məsləhət görülür.
Profilaktikası:
Xəstəliyin etioloji səbəblərinə və risk faktorlarına qarşı mübarizə aparmaqdan
ibarətdir.

SEO:

Facebook
Google+
«
Sonrakı
Sonraki Kayıt
»
Əvvəlki
Önceki Kayıt