Ötən gün Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində yerləşən məscidin tədbir zalında Zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçirilib.
İnsan Haqlarının Müdafiəsi, Əməkdaşlq və Hormoinik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan
tədbirin əsas məqsədi narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə əhalini məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına və həyat tərzinə vurduğu ziyanlarla bağlı gənclər arasında təbliğatı gücləndirmək və təhsilə, elmə, olan marağı artırmaqdan ibarətdir.
Tədbirdə İslam dininin zərərli vərdişlərə qarşı Qurani-Kərim və hədislərə əsasən fikirləri haqqında da söhbətlər olub.
- May 11, 2023
- 5:11 axşam
- Redactor