Yupiterin İo adlı peykinin yaxınlığından son uçuşu zamanı Juno kosmik aparatı sözügedən peykin bir neçə fotosunu çəkib. Bu, 30 iyul tarixində kosmik aparatın peykdən 22 000 km aralıda olduğu zaman baş verib. Sonuncu dəfə Galileo adlı kosmik aparat İoya bu qədər yaxın məsafədə ola bilib. Bu isə 20 il bundan öncə baş verib. İo öz vulkanları hesabına daimi olaraq dəyişən bir kosmik cismdir. O, vulkanik proseslər mövzusunda Günəş sisteminin ən aktiv kosmik cismidir.
30 iyul tarixində Juno sözügedən peykin yaxınlığından keçən zaman JunoCam adlı kamerası vasitəsilə onun bir neçə fotosunu çəkib. Qeyd etmək lazımdır ki, Juno missiyası 12 il bundan öncə start götürüb və bu missiya çərçivəsində Juno kosmik aparatı Yupiterin orbitinə 4 iyul 2016-cı il tarixində çatıb. İlkin mərhələdə aparat Günəş sisteminin ən böyük planeti olan Yupiteri müşahidə edirdi. Daha sonra isə o, Yupiterin peyklərini müşahidə etməyə başladı./technote