Yunanıstanda Qərbi Nil virusundan 19 nəfər ölüb

Bu il Yunanıstanda Qərbi Nil virusundan 19 nəfərin öldüyü bildirilib.

Yunanıstan Milli Səhiyyə Təşkilatının (EODY) verdiyi açıqlamaya görə, son bir həftədə  Qərbi Nil virusuna 9 yeni yoluxma faktının qeydə alındığı bildirilib.

Açıqlamada ölənlərin sayının 19-a yüksəldiyi və virusun xüsusilə Tesalya, Mərkəzi Makedoniya, Şərqi Makedoniya, Trakya, Qərbi Makedoniya və Epirdə yayıldığı qeyd olunub.

Mütəxəssislər yaxın aylarda yoluxmaların sayının artacağını vurğulayıb.
Virusun hələlik nə peyvənd, nə də dərmanla müalicəsi var./trt