Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiyanın adı dəyişdirilir?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən “Maori” partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayın imza üçün açıb.

Petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerlərin adlarının Te Reo Maori dilinə qaytarılması tələb edilir.

Partiyanın müraciətində deyilir: “Te Reo Maorinin bu ölkənin ilk və rəsmi dili olaraq layiq olduğu yerə qaytarılması üçün vaxtı çoxdan keçir. Biz Polineziya ölkəsiyik – biz Aotearoayıq”./oxu.az