YENİ NƏSİL ELEKTRİKLİ YARA BANDI YARALARI SÜRƏTLƏ SAĞALDIR VƏ ONLARI DAİMİ NƏZARƏTDƏ SAXLAYIR

Stenford Universitetinin alimləri xroniki yaraların öhdəsindən gələ bilən “smart” yara bandı hazırlayıblar. Siçanlar üzərində aparılmış testlər nəticəsində məlum olub ki, sözügedən yara bandı yaranın sağalma müddətini 25%, dərinin bərpası müddətini isə 50% sürətləndirir. Sözügedən yara bandı iki laydan ibarətdir. Üst layda qalınlığı 100 mikron olan polimer lent yerləşir və həmin lentə elektron komponentlər yerləşdirilib. Aşağı layda isə öz tərkibinə görə dərini xatırladan rezin hidrogelden ibarətdir. Aşağı lay öz növbəsində yara ilə təmasda olur. Yara bandında olan biosensorlar daimi şəkildə yaranın temperaturunu və cərəyan impedansını (dəyişən cərəyan axınına müqavimət) nəzarətdə saxlayırlar. Bu isə ola biləcək iltihabın müddətini aşağı salır.

JKfy5aDi3req5Nz0rcjsbiiklKDRz2

Söhbət, çətin sağalan yaralardan gedirsə, bu halda prosesə elektrostimulyator daxil olur. O öz növbəsində toxumalara zəif cərəyan ötürür. Bu, yaraya keratinositlərin (keratinləşdirici epidermal hüceyrələr) miqrasiyalarının sürətlərinin yüksəlməsi və bakteriyaların məhv edilməsi hesabına sağalma prosesini sürətləndirir və infeksiyaların sayını aşağı salır. Sözügedən yara bandı özündə olan radio anten hesabına smartfonla əlaqə yarada bilir. Beləliklə istifadəçi öz yarasının vəziyyətini smartfon ekranındakı göstəricilər vastəsilə izləyə bilər. Bu halda onun yara bandını çıxartmasına ehtiyac qalmır. Yara bandının çıxarılması zamanı gəldikdə o, 40 dərəcə Selsi temperatura kimi qızır. Bu, hidrogel layının yaranı zədələmədən ondan ayrılması üçün nəzərdə tutulub./technote