YAXIN ZAMANDA WHATSAPP-DA SƏSLİ STATUSLAR FUNKSİYASI İSTİFADƏYƏ VERİLƏCƏK

Whatsapp tərtibatçıları messencerə yeni funksiyalar əlavə etməyə hazırlaşırlar. Onlardan biri də səsli statusların paylaşılması olacaq. Məlumata əsasən sözügedən funksiya messencerin iOS üçün nəzərdə tutulmuş beta versiyasında artıq test edilir. Məlumatda həmçinin qeyd edilib ki, messencerdə 30 saniyəlik səsli statuslar paylaşmaq mümkün olacaq və həmin statuslar end-to-end şifrələnməsinə sahib olacaqlar. Bununla yanaşı ayarlar bölməsində səsli statuslara qulaq asa biləcək istifadəçiləri seçmək də olacaq. Səsli statuslar funksiyasının messencerin stabil versiyasına nə zaman əlavə ediləcəyi bilinmir./technote

a9086730dd4e36ce856b707176e621e9