Yaponiyada daşqın çətinliklər yaratdı - VİDEO

Yaponiyada daşqın çətinliklər yaratdı – VİDEO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Yaponiyada leysan yağışlar 310 minə yaxın evi işıqsız qoyub.

Ölkənin Meteorologiya Agentliyi əhalini daşqınlara qarşı diqqətli olmağa çağırıb.

Təxminən bir həftədir ki, Yaponiyanın müxtəlif bölgələrinə təsir edən güclü yağışlar bu gün ölkənin Qunma, Toçiqi və Saitama əyalətlərini ciddi ziyan vurub.

İldırım çaxması, torpaq sürüşməsi kimi hadisələrlə müşayət olunan leysan yağışları əhalinin gündəlik həyatında çətinliklər yaradıb.

Sakinlərə yeraltı keçidlər kimi aşağı səviyyəli ərazilərdə avtomobil sürməmək tövsiyə olunub.

Mənbə: TRT