Yəməndə 700 illik məscidin böyük bir hissəsi dağıdılıb

Yəməndə 700 illik məscidin böyük bir hissəsi dağıdılıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Yəmənin Vəqf İdarəsi Əl-Qaidə terror qruplaşmasının Hudeydə əyalətinin Əl-Xuxa şəhərinin şimalında Əl-Qətəba bölgəsində Əl-Nur məscidinin böyük bir hissəsini dağıtmasını pisləyib.

Bu qurumun bəyanatında deyilir: “Səudiyyə-Əmirlik ittifaqının muzdlu əsgərləri olan Əbu Zərə əl-Məhrəmi və Tarik Əfaşın rəhbərliyi altında Əl-Qaidə ünsürləri 700 il əvvələ aid Əl-Nur Məscidinin bir çox hissəsini dağıdıblar.

Təkfirçi ünsürlər məscidi orada ilahi övliyaların məzarlarının olması səbəbindən dağıtdıqlarını iddia edirdilər. Amma yerli sakinlərin təsdiqinə görə, bu məsciddə heç vaxt məzar olmayıb.

Vəqf İdarəsi beynəlxalq qurumlardan Səudiyyə-Əmirlik koalisiyasının muzdluların səyləri ilə Yəmənin tarixi və mədəni irsini məhv etməsinə qarşı tədbir görməyə çağırıb./iqna