XİAOMİ-NİN İLK STOLÜSTÜ KOMPÜTERİNİN REAL FOTOLARI ORTAYA ÇIXIB

Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə hazırlaşır. Söhbət, kompakt ölçüyə sahib kompüterdən gedir. Bəziləri düşünürdülər ki, Xiaomi-nin ilk stolüstü kompüteri Apple şirkətinin Mac mini ölçüsündə və formasında olacaq. Lakin insayderlərin təqdim etdikləri fotolardan belə qəanətə gəlmək olar ki, o daha çox Intel-in NUC seriyasına daxil olmuş mini kompüterlərinə bənzəyəcək. Təqdim edilmiş fotolardan da görmək olar ki, Xiaomi-nin ilk stolüstü kompüteri adi keys dizaynında reallaşdırılacaq. Məlumatda qeyd edilib ki, Xiaomi Mini Host adını əldə edəcək kompüter Intel ARC A770 prosessoru və 100 vatt gücündə şarj bloku ilə təchiz olunacaq./technote

4227e042fb0cc701708461418b10e2d7e4d5d81d

25860d08aa86d82d94ac6e58f80c7883de0637f2

f400d1e6ec1f6619dca777059deb3ddde9190b60