Xiaomi-nin ilk elektromobili hansı qiymətə satılacaq və nə zaman satışa çıxacaq?

Xiaomi-nin ilk elektromobili hansı qiymətə satılacaq və nə zaman satışa çıxacaq?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Xiaomi şirkəti elektromobil istehsalı məsələsində Çin Dövlət Avtomobil Şirkəti (BAIC) ilə vahid razılığa gələ bilməyib. İnsayderlərin verdikləri məlumatlara əsasən bu səbəbdən Xiaomi elektromobillərin istehsalı üçün nəzərdə tutulmuş fərdi zavodunu inşa edəcək. Şirkətin ilk elektromobili isə yaxın gələcəkdə satışa çıxacaq. İnsayderlər bildiriblər ki, Xiaomi-nin ilk elektromobili Tesla elektromobillərinə bənzəyən sedan olacaq. Gözləntilərə əsasən Xiaomi-nin ilk elektromobili Tesla-nın ən ucuz elektromobilindn daha aşağı qiymətə satılacaq.

    Belə ki, Xiaomi-nin ilk elektromobilinin 30 000$-a satılacağı güman edilir. Qeyd etmək lazımdır ki, Tesla-nın ən büdcəli elektromobili hesab edilən Model 3 ilk dəfə satışa çıxan zaman standart komplektasiyada 35 000$-a satılırdı. Bundan əlavə olaraq Xiaomi-nin elektromobili şirkətin fərdi avtopilot sistemini özündə birləşdirəcək. Elektromobilin bir dəfə şarj olunandan sonra nə qədər yol qətt edəcəyi və hansı texniki özəlliklərə sahib olacağı hələki bilinmir. Xiaomi-nin CEO-su olan Lei Jun daha öncə qeyd etmişdi ki, ilk Xiaomi elektromobili 2024-cü ildə satışa çıxacaq.

    Xiaomi nəqliyyat vasitəsi biznesinə daxil olan zaman qeyd etmişdi ki, o öz elektromobilinin yaradılmasına 1 milyard dollar investisiya yatırıb. Lakin Çinin müəyyən qanunvericiliklərində olmuş bəzi dəyişikliklər səbəbilə Xiaomi-nin öz elektromobilini hazırlama prosesi bir qədər ləngidi. Belə ki, Çinin yeni qanunvericiliyinə əsasən irimiqyaslı istehsala icazənin verilməsindən öncə dövlət şirkətin maliyyə və texnoloji imkanlarını yoxlamalıdır. Bu yeni qanunvericilik Çindən olan bəzi elektromobil istehsalçılarının nəticədə müflis olduqlarından sonra qüvvəyə minib./technote