Xiaomi Mijia Glasses Camera adlı smart eynəyini təqdim edib - QİYMƏTİ

Xiaomi Mijia Glasses Camera adlı smart eynəyini təqdim edib – QİYMƏTİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Xiaomi şirkəti öz smart eynəyini təqdim edib. Təqdim edilmiş smart eynək Mijia Glasses Camera adını əldə edib. Məlumata əsasən şirkət sözügedən eynək üzərində 2 il ərzində çalışıb və digər şirkətlərin bu sahədə olan prototip cihazlarından fərqli olaraq Mijia Glasses Camera kütləvi istehsala və satışlara hazır olan bir məhsuldur. Bununla belə onun qiyməti orta büdcəli smartfonun qiyməti ilə eynidir. Bu smart eynək xarici görünüşcə adi eynəyə bənzəmir. Eynək olduqca böyük ölçüyə sahibdir və onun şüşələrinin kənar hissələrində kameralar yerləşir. Eynəyin çəkisi 100 qramm təşkil edir. Mijia Glasses Camera Qualcomm prosessoru, 3 GB RAM və 32 GB daxili yaddaş həcmi ilə təchiz olunub.

Xiaomi Mijia Glasses Camera adlı smart eynəyini təqdim edib - QİYMƏTİ

Eynəyin smartfonla sinxronlaşdırılması üçün onda Wi-Fi modul və Bluetooth 5.0 texnologiyası reallaşdırılıb. Smart eynəyin smartfondan müstəqil şəkildə çalışıb-çalışmadığı məlum deyil. Smart eynək özündə Sony istehsalı olan 0.23 düym micro-OLED ekranı birləşdirir. Məlumatda qeyd edilib ki, istifadəçi hətta günəşli havada da ekrandakı məlumatları tam aydın şəkildə görə bilər. 50 MP-lik əsas kamera və 8 MP-lik periskop kamerası optik stabilizasiya sistemi ilə birlikdə 5 qat optik və 15 qat rəqəmsal zoom-u təmin edirlər. Eynək həmçinin 1020 mAh enerji tutumlu batareyaya sahibdir.

Xiaomi Mijia Glasses Camera adlı smart eynəyini təqdim edib - QİYMƏTİ

    Xiaomi-nin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra bu smart eynək 100 dəqiqə ərzində video çəkiliş rejimində çalışa bilir. 10 vatt gücündə olan maqnit şarj sistemi vasitəsilə eynək 80% enerjini 30 dədiqə ərzində yığır. Eynəyin imkanları barəsində məlumat çox azdır. Məlumdur ki, o, videolar və fotolar çəkə bilir. Daha sonra isə istifadəçi öz istəyinə uyğun olaraq çəkilmiş videoları və ya fotoları smartfonunda redaktə edə bilər. Bundan əlavə olaraq sözügedən eynək bir dildən digər dilə tərcüməni reallaşdıra və artırılmış reallıq rejimində müxtəlif kontentləri əks etdirə bilər. Çində ilk alıcılar üçün eynək 370$-a satılacaq. Lakin onun pərakəndə satış qiyməti 400$ təşkil edəcək./technote