Xiaomi 210 vatt gücündə olan sürətli şarj texnologiyasını sertifikatlaşdırıb

Xiaomi 210 vatt gücündə olan sürətli şarj texnologiyasını sertifikatlaşdırıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hələ bir neçə müddət bundan öncə Xiaomi şirkəti 200 vatt gücündə sürətli şarj texnologiyasını sərgiləmişdi. Sərgilənmiş həmin sürətli şarj texnologiyası Xiaomi Mi 11 Pro flaqman smartfonunu 8 dəqiqə ərzində enerji ilə tam təmin edir. Lakin şirkət hələ də bazara sözügedən sürətli şarj texnologiyasının dəstəyinə sahib smartfonunu satışa çıxartmayıb. Buna baxmayaraq görünür, şirkət artıq yeni sürətli şarj texnologiyası üzərində çalışır. Verilmiş məlumata əsasən şirkət MDY-13-EU kod adına sahib 210 vatt gücündə sürətli şarj cihazını sertifikatlaşdırıb. Təəssüflər olsun ki, bu yeni şarj cihazı barəsində heç bir məlumat yoxdur.

    Buna görə də onun hər hansısa smartfonu tam enerji ilə hansı zaman ərzində təmin etdiyini söyləmək çətindir. Bundan əlavə olaraq bu cür sürətli şarj texnologiyasını ilk əldə edəcək smartfonun modeli və texnologiyanın nə zaman istifadəyə veriləcəyi də bilinmir. Lakin qeyd etmək lazımdır ki, sürətli şarj texnologiyaları sahəsində Xiaomi artıq lider şirkət deyil. Belə ki, bazarda artıq iQOO 10 Pro smartfonu satışda var və bu smartfon 200 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. 4700 mAh enerji tutumlu batareyaya sahib iQOO 10 Pro modeli bu sürətli şarj texnologiyası vasitəsilə 100% enerjini 10 dəqiqə ərzində yığır. Xiaomi isə öz portfoliosunda hələ ki, 120 vatt gücündə olan sürətli şarj texnologiyasına sahibdir./technote