WHATSAPP’IN PLANŞETLƏR ÜÇÜN OLAN BETA VERSİYASI İSTİFADƏYƏ VERİLİB

Whatsapp tərtibatçıları mütəmadi şəkildə messencerə yeni funksiyalar əlavə edirlər. İndi isə məlum olub ki, Whatsapp-ın beta test istifadəçiləri messencerin planşetlər üçün nəzərdə tutulmuş xüsusi versiyasını test etmək imkanını əldə ediblər. Messencer təmsilçiləri təsdiqləyiblər ki, onlar həqiqətən də Whatsapp-ın planşetlər üçün nəzərdə tutulmuş versiyası üzərində çalışırlar. Messencer daxilində həmçinin Whatsapp-ın planşetlər üçün nəzərdə tutulmuş versiyası barəsində məlumatlandırıcı banner də yerləşdirilib. Məlumatda qeyd edilib ki, məlumatlandırıcı banneri hal hazırda bəzi beta testçilər görə bilirlər. Gözləntilərə əsasən messencerin planşetlər üçün nəzərdə tutulmuş stabil versiyası yaxın zamanda təqdim olunacaq./technote

Untitled design 2022 11 30T105659 220 large