Whatsapp yaxın zamanda bəzi köhnə smartfonlarda artıq çalışmayacaq(Siyahı)

Whatsapp yaxın zamanda köhnə Android dəstəkli smartfonlarda artıq çalışmayacaq. Belə ki, 24 oktyabr tarixindən başlayaraq Whatsapp-ın Android smartfonda çalışması üçün cihaz minimum Android 5 və ya ondan sonrakı Android versiyalardan birinə sahib olmalıdır. Hal hazırda Whatsapp-ın çalışması üçün tələb edilən ən köhnə Android versiyası Android 4.1 Jelly Bean-dir. Beləliklə messencer gələn ayın sonundan başlayaraq potensial olaraq aşağıdakı smartfonlarda artıq çalışmayacaq.

– Samsung Galaxy Note2

– Samsung Galaxy S2

– Samsung Galaxy Nexus

– Samsung Galaxy Tab 10.1    

– HTC One

– HTC Desire HD

– HTC Sensation

– LG Optimus 2X

– Nexus 7

– LG Optimus G Pro

– HTC One

– Sony Xperia Z

– Sony Xperia S2

– Sony Ericsson Xperia Arc3

– Motorola Xoom     

– Motorola Droid Razr.