Whatsapp tərtibatçıları messencer daxilindəki statuslar bölməsində səsli qeydlərin yaradılması funksiyası üzərində çalışırlar. Sözügedən funksiya messencerin artıq beta test versiyasında mövcud olsa da, hələ aktiv deyil. Bu funksiya Whatsapp-ın 2.22.16.3 versiyalı betasında aşkar edilib. Yeni funksiya statuslara foto, video və mətnlərin əlavə edilməsi kimi çalışacaq. İstifadəçi səsli qeydi yaradacaq və onu status formatında messencer daxilində paylaşa biləcək. Foto, video və mətnlər kimi səsli qeydlər də 24 saatdan sonra avtomatik olaraq silinəcəklər. Bu funksiyanın yaxın zamanda istifadəyə veriləcəyi gözlənilir.