Whatsapp-ın Windows üçün stabil versiyası istifadəyə verilib

Whatsapp-ın Windows üçün stabil versiyası istifadəyə verilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Meta şirkəti Whatsapp-ın Windows üçün nəzərdə tutulmuş tətbiqinin beta testini yekunlaşdırıb və onu bütün istifadəçilər üçün istifadəyə verib. Beləliklə istənilən Windows istifadəçisi Whatsapp-ın sözügedən əməliyyat sistemi üçün olan tətbiqini Microsoft Store mağazasından yükləyə bilər. Windows üçün istifadəyə verilmiş stabil Whatsapp tətbiqinin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, istifadəçinin smartfonu ilə daimi sinxronlaşdırmanı tələb etmir.

Whatsapp-ın Windows üçün stabil versiyası istifadəyə verilib

Daha öncə istifadəçilər kompüterdə Whatsapp-ın yalnız veb versiyasından istifadə edirdilər və bunun üçün hər dəfə messencerin smartfondakı versiyası ilə sinxronlaşdırmanı reallaşdırmaq lazım gəlirdi. İndi isə istifadəçilər kompüterdə rahatlıqla Whatsapp-dan istifadə edə bilərlər. Messencerin Windows versiyasının dizaynı ənənəvi Whatsapp dizaynını özündə birləşdirir. Son məlumatlara əsasən Meta şirkəti hal hazırda Whatsapp-ın həmçinin macOS üçün nəzərdə tutulmuş tətbiqi üzərində də çalışır. Messencerin macOS versiyasının nə zaman istifadəyə veriləcəyi isə bilinmir./technote