Whatsapp tərtibatçıları yaxın aylar ərzində messencerdə istifadəyə veriləcək yeni təhlükəsizlik funksiyalarından danışıblar. Messencerdə istifadəyə veriləcək yeni təhlükəsizlik funksiyalarından biri də qeydiyyat zamanı yeni yoxlanış üsulu olacaq. Belə ki, Whatsapp hesabının yeni cihaza köçürülməsi zamanı əlavə təhlükəsizlik tədbiri kimi istifadəçidən əvvəlki cihazda bu prosesi təsdiqləmək tələb olunacaq. Tərtibatçıların sözlərinə əsasən əgər kənar şəxs istifadəçinin xəbəri olmadan onun Whatsapp hesabını digər cihaza köçürtmək istəsə, istifadəçi bu barədə bildiriş əldə edəcək.
İstifadəyə veriləcək ikinci təhlükəsizlik funksiyası isə cihazın təsdiqlənməsini əhatə edəcək. Bu funksiya smartfonu istifadəçi adından Whatsapp vasitəsilə arzuolunmaz mesajların göndərilməsi hallarından qorumaq üçün nəzərdə tutulub. Digər bir yenilik isə təhlükəsizlik şifrələrinin avtomatik yoxlanılması olacaq. Bu, seçilmiş hər hansı bir kontaktla ünsiyyət çatının həqiqətən də qorunduğunu təsdiqləyəcək./technote