Whatsapp-ın Android üçün nəzərdə tutulmuş beta versiyasında tanınmayan nömrələrdən ola biləcək zəngləri tamamilə bloklamaq funksiyası istifadəyə verilib. Bu funksiya istifadəçiləri dələduzlardan qorumağa imkan verəcək. Məlumatda qeyd edilib ki, sözügedən funksiya messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasında məhdud istifadəçi arasında aktivləşdirilib və yaxın zamanda daha çox istifadəçi üçün təqdim olunacaq.
Messencer daxilində audio zənglər trafikinin filtrasiyasını mümkün edəcək funksiyanın hazırlanması barəsində məlumat ilk dəfə mart ayında ortaya çıxmışdı. Son zamanlarda Whatsapp üzərindən dələduzların aktivlikləri artıb. Onlar çox hallarda Whatsapp üzərindən zəng edərək özlərini bank əməkdaşları kimi təqdim edirlər. Bu yeni funksiya isə istifadəçi tərəfindən tanınmayan nömrələrdən gələ biləcək zəngləri tamamilə bloklamaq imkanını verir. Funksiyanı messencerin ayarlarındakı Privacy bölməsində aktivləşdirmək mümkün olacaq. Funksiyanın stabil şəkildə çalışan Whatsapp-a nə zaman əlavə ediləcəyi bilinmir.