Whatsapp tərtibatçıları messencer üçün növbəti yenilənməni təqdim ediblər. Yenilənmə çərçivəsində Whatsapp-a bir sıra yeni funksiya əlavə edilib. Əlavə edilmiş yeni funksiyalar hələ bir neçə müddət bundan öncə messencerin beta versiyasında test edilirdi. İndi isə onlar messencerin stabil versiyasında aktiv olublar. Beləliklə Private Audience Selector adlı funksiya bu və ya digər statusu görə biləcək auditoriyanı məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Texniki olaraq buna bənzər funksiya daha əvvəl də mövcud idi. Lakin yenilənmiş Whatsapp-da bu funksiya istifadəçi tərəfindən edilmiş son seçimi yaddaşda saxlayacaq və hətta növbəti statusun paylaşılması halında da onu artıq öncədən seçilmiş istifadəçilərə sərgiləmiyəcək.
Yenilənmiş Whatsapp-da səsli statuslar funksiyası istifadəyə verilib. Bundan sonra istifadəçilər 30 saniyəlik səsli qeydləri status formatında messencer daxilində paylaşa biləcəklər. Bundan əlavə olaraq bundan sonra statuslara reaksiyalar da bildirmək mümkün olacaq. Baxılan bu və ya digər statusa reaksiya bildirmək üçün sadəcə olaraq status pəncərəsində yuxarı istiqamətə sürüşdürmə əməliyyatını reallaşdırmaq lazımdır. Hal hazırda statuslara reaksiyaların bildirilməsi üçün nəzərdə tutulmuş 8 ədəd smaylik aktivdir. Lakin müəyyən müddətdən sonra onların sayı artacaq. İstifadəçi hesablarındakı status halqası daha bir yenilikdir.
Belə ki, bu və ya digər istifadəçinin status paylaşdığı halda onun hesab fotosunun ətrafında xüsusi halqa əks olunacaq və həmin halqa çatlar siyahısında görünəcək. Bununla da istifadəçi messencer daxilində statuslar bölməsinə keçid etmədən öz kontaktının paylamış olduğu statusa çatlar siyahısında baxa biləcək. Messencerin statuslar bölməsinə daha bir vacib yenilik əlavə edilib. Söhbət, status kimi paylaşılan linklərin ön baxışıdır. Bundan sonra istifadəçi statusda paylaşılmış hər hansısa linkə daxil olmamışdan öncə həmin linkin tərkib hissəsini öncədən görə biləcək. Yenilənmiş Whatsapp artıq bəzi regionlarda istifadəyə verilib və yaxın zamanda bütün istifadəçilər üçün aktiv olacaq./technote