Whatsapp-da mesajların redaktə edilməsi funksiyası istifadəyə verildi

Whatsapp-da çoxdan gözlənilən funksiya sonunda istifadəyə verilib. Söhbət, göndərilmiş mesajların redaktə edilməsi funksiyasından gedir. Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, bundan sonra istifadəçilər göndərdikləri mesajları 15 dəqiqlə ərzində redaktə etmək imkanına sahib olacaqlar. Göndərilmiş bu və ya digər mesajı redakdə etmək üçün istifadəçi həmin mesaja klikləyib saxlamalıdır. Nəticədə ortaya çıxacaq menyuda Edit düyməsini seçərək mesajı redaktə etmək olar.

sm whatsapp2 800

 Redaktə olunmuş mesajın yanında onun redaktə olunduğu qeyd ediləcək. Lakin messencer redaktə tarixçəsini özündə saxlamayacaq. Nəticədə redaktə edilmiş mesajı əldə etmiş istifadəçi mesajın daha əvvəl necə olduğunu görə bilməyəcək. Onu da qeyd etmək lazımdır ki, Meta şirkəti bu funksiyadan istifadə etmək üçün zaman limiti təyin edib. Belə ki, istifadəçi göndərilmiş mesajı göndərildiyi andan yalnız 15 dəqiqə ərzində redaktə edə bilər.

sm whatsapp1 800