Whatsapp-da mesajlara istənilən emoji vasitəsilə reaksiya bildirmək mümkün olacaq

Whatsapp-da mesajlara istənilən emoji vasitəsilə reaksiya bildirmək mümkün olacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Verilmiş rəsmi məlumata əsasən yaxın zamanda Whatsapp istifadəçiləri mesajlara istənilən emoji vasitəsilə reaksiya bildirə biləcəklər. Bu barədə məlumatı Meta şirkətinin CEO-su Mark Zuckerberg verib. “Biz, Whatsapp-da reaksiyalar qismində istənilən emojinin istifadəsi imkanını təqdim edirik” – deyə Zuckerberg öz Facebook hesabında qeyd edib. Bu yenilik Whatsapp istifadəçilərinə emojilər vasitəsilə reaksiyalar bildirmək funksiyasının istifadəyə verilməsindən bir neçə ay sonra gəlir. Qeyd etmək lazımdır ki, istifadəçilər hal hazırda Whatsapp-dakı mesajlara məhdud sayda emoji vasitəsilə reaksiya bildirə bilirlər.

Whatsapp-da mesajlara istənilən emoji vasitəsilə reaksiya bildirmək mümkün olacaq

Belə ki, onlar üçün 6 reaksiya emojisi aktivdir. Bir çox messencerdə olduğu kimi Whatsapp-da da bu və ya digər mesaja reaksiya bildirmək üçün seçilmiş mesaja klikləyib bir neçə saniyə saxlamaq lazımdır. Bu halda istifadəçiyə reaksiya üçün nəzərdə tutulmuş emojilərin siyahısı açılacaq. Emojilərin yanında isə “+” işarə mövcuddur. İstifadəçi həmin işarəyə klikləməklə emojilər siyahısına yenilərini əlavə edə bilər. Gözləntilərə əsasən mesajlara istənilən emoji vasitəsilə reaksiya bildirmək funksiyası yaxın həftələrdə hamı üçün aktiv olacaq./technote