Whatsapp-da göndərilmiş mesajların silinmələri üçün nəzərdə tutulmuş zaman limiti artıb

Whatsapp-da göndərilmiş mesajların silinmələri üçün nəzərdə tutulmuş zaman limiti artıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Bəzi hallarda istifadəçilər bu və ya digər messencerdə mesajı göndərəndən sonra onu silmək qərarına gəlirlər. Whatsapp-da artıq uzun zamandır ki, bu cür mesajları silmək imkanı mövcuddur. Lakin bu günə kimi bu zaman limiti yalnız 1 saat təşkil edirdi. Belə ki, istifadəçi göndərdiyi mesajı 1 saat ərzində silə bilərdi. İndi isə Whatsapp bu zaman limitinin artdığını elan edib. Beləliklə verilmiş rəsmi məlumata əsasən bundan sonra istifadəçilər göndərilmiş mesajın silinməsi üçün 2 gün vaxta sahib olacaqlar.

    Bunun üçün sadəcə olaraq silinməsi planlaşdırılan mesajı seçib hamı üçün silmək seçimini klikləmək lazımdır. Maraqlısı ondadır ki, mesajın silinməsi yolunda 2 gün vaxt limitinin əldə edilməsi üçün həm mesajı göndərən həm də mesajı qəbul edən şəxs Whatsapp-ın ən son versiyasına sahib olmaldır. Bununla belə mesajı qəbul etmiş şəxs mesajın silindiyi barəsində bildirişi belə əldə etməyəcək. Bu gün biz Whatsapp ilə bğlı daha bir xəbər vermişdik. Belə ki, yaxın zamanda Whatsapp istifadəçiləri messencer daxilində öz telefon nömrələrini gizlədə biləcəklər./technote