Whatsapp tərtibatçıları messencerin imkanlarını yeni funksiyalar vasitəsilə genişləndirməyə davam edirlər. Qeyd etmək lazımdır ki, dünən məlum oldu ki, Whatsapp-da 32 nəfərin iştirakı ilə keçirilən səsli qrup çatları funksiyası artıq test edilir. Həmin funksiya yaxın zamanda istifadəyə verilməlidir. İndi isə məlum olub ki, Whatsapp tərtibatçıları messencerə ekran yayımı funksiyasını əlavə ediblər. Sözügedən funksiya vasitəsilə istifadəçi öz cihazının ekranını messencer daxilində həmsöhbət olduğu şəxsə yayımlaya bilər. Ekran yayımı funksiyasından istifadə etmək üçün sadəcə olaraq videozəng rejimi çərçivəsində Screen Sharing düyməsinə klikləmək lazımdır. Bu yeni funksiya messencerin Android və iOS versiyalarında artıq hamı üçün istifadəyə verilib./technote
- Avqust 10, 2023
- 11:50 səhər
- Redactor