WHATSAPP-DA AUDİO FORMATLI STATUSLARIN TESTİNƏ START VERİLİB

Whatsapp-ın yeni beta versiyasında barəsində uzun müddət ərzində məlumat sızıntısı olmuş növbəti funksiya istifadəyə verilib. Sözügedən funksiya messencer daxilində səsli mesajlar vasitəsilə ünsiyyət quran şəxsləri sevindirəcək. Söhbət, Voice Status Update funksiyasından gedir. WABetaInfo saytının vermiş olduğu məlumata əsasən istifadəçilər sözügedən funksiya vasitəsilə audio formatlı statuslar paylaşa biləcəklər. Bu funksiya foto və video formatında statusların paylaşılması imkanını genişləndirəcək.

AcCWu9fyYDVIKqGgOYNa1jq4OVlz2

Foto və video formatlı statuslar kimi audio formatlı statuslar da 24 saatdan sonra avtomatik olaraq silinəcəklər. Təqdim edilmiş screenshot fotoda görmək olar ki, statusun paylaşılması interfeysinin aşağı hissəsində mikrofon düyməsi mövcuddur. Həmin düyməyə klikləməklə istifadəçi audio formatlı qeydi yaza və daha sonra onu status kimi paylaşa bilər. Məlumatda qeyd edilib ki, audio formatlı status 30 saniyədən çox olmamalıdır. Adi mesajlarda olduğu kimi audio formatlı statuslar da end-to-end şifrələnməyə sahib olacaqlar. Sözügedən funksiya hal hazırda test mərhələsindədir və yaxın zamanda onun stabil Whatsapp versiyasına əlavə ediləcəyi gözlənilir./technote