"Wahed" İslam investisiya şirkəti ABŞ-ın Mübadilə bazarında

“Wahed” İslam investisiya şirkəti ABŞ-ın Mübadilə bazarında

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Wahed” İnvestisiya Şirkəti (UMMA) bu gün Nasdaq Birjasında ticarətə başlayıb.

“Wahed” rəsmilərinin sözlərinə görə, şirkət uzunmüddətli kapitalını artırmağa və şəriətə uyğun investisiyalar axtaran beynəlxalq investorlarla əlaqə qurmağa çalışır.

Wahed-in baş investisiya meneceri Samim Abidi deyib: “İnanırıq ki, yeni fondumuz investorlar üçün onların inanclarına daha uyğun olan yeni investisiya təcrübəsi təqdim edəcək.”

Abidi əlavə edib ki, “Wahedin “HLAL” adlı investisiya fondu da var və 2021-ci ildə 28% artıb.”

Fond, şəriət prinsiplərinə əməl edən Amerika şirkətlərindən ibarətdir. 2019-cu ildə yarandığı gündən bu yana 180 milyon dollar sərvət toplayıb.

2017-ci ildə fəaliyyətə başlayan “Wahed”, İslam dəyərlərinə əsaslanan səmərəli maliyyə sərmayəsini təşviq etməyi hədəfləyən maliyyə investisiya şirkətidir./iqna