Veb kamera vasitəsilə eynəkdə əks olunan ekran mətnini oxumaq mümkündür

Veb kamera vasitəsilə eynəkdə əks olunan ekran mətnini oxumaq mümkündür

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın Miçiqan Universitetinin və Çinin Çjetszyan Universitetinin mütəxəssislərinin aparmış olduqları tədqiqat onu göstərib ki, kompüter ekranında sərgilənən konfidensial məlumat istifadəçinin eynəyində əks olunduğu halda həmin məlumatı oğurlamaq mümkündür. Konfidensial məlumatların bu cür üsul ilə əldə edilməsi hələ ki, 10 mm ölçüdə olan şriftlərdən ibarət məlumatlarla məhdudlaşır. Lakin noutbuklardakı veb kameraların keyfiyyətləri artdıqca daha kiçik şriftlərə sahib məlumatları oxumaq mümkün olacaq.

    Alimlər aparmış olduqları tədqiqat barəsində ətraflı məlumatı “Private Eye: On the Limits of Textual Screen Peeking through Eyeglass Reflections in Video Conferencing” adlı məqalədə yerləşdiriblər. “Bizim işimiz optik hücumlara əsaslanan potensial təhlükələrin nə dərəcədə effektiv olduqlarını araşdırır və xarakterizə edir” – deyə alimlər öz məqalələrində qeyd ediblər. İdarə olunan laboratoriya şərtləri çərçivəsində 720p keyfiyyətində olan kamera vasitəsilə 10 mm hündürlüyə sahib ekran mətnlərini 75% dəqiqliklə təyin və bərpa etmək mümkün olub. Bu cür nəticə isə 10 mm öçüyə sahib şriftlərə uyğun gəlir. Bu cür şrift müxtəlif mətnlərin başlıqlarında və prezentasiyalarda istifadə edilir.

Aydındır ki, bu halda işəgötürən tərəf öz əməkdaşlarının nə ilə məşğul olduqlarını təyin və idarə edə biləcək. Nəticədə insanların konfidensiallıqlarının təhlükə altına düşmə riski daha da artır. Heç şübhəsiz eynək şüşələrində əks olunan ekran təsvirlərinin təyin edilməsi məsələsində öz sözlərini həmçinin neyron şəbəkələri də deyəcəklər. Buna görə də bu məsələyə ciddi yanaşmaq lazımdır. Alimlər veb kameradan istifadə edən tətbiqlərin yaradıcılarına eynəklərdə əks olunan təsvirlərin bulanıq şəkildə sərgilənməsini təmin edəcək filtrlərin hazırlanmasını məsləhət görürlər./technote