Balkan ölkəsi Monteneqronun Nikşiç şəhəri yaxınlığında yerləşən Brezna Etno kəndində ölkənin yumoristik ənənələrindən olan “Uzun yatma” yarışı 46 gündür ki, davam edir.
Avqustun 18-də 21 iştirakçı ilə başlayan yarışda indiyədək yuxuya getməyi bacaran 3 nəfər 1000 avroluq mükafat və “Ən tənbəl vətəndaş” adını almaq üçün mübarizə aparır.
12-ci dəfə keçirilən maraqlı yarışda 46-cı günə daxil olan yarışmaçılar 1080 saatı geridə qoyublar.
Müsabiqə qaydalarına əsasən, iştirakçılara yatmaq, yemək-içmək ehtiyaclarını ödəmək, kitab oxumaq və telefondan istifadə etmək icazəsi verilir, ayağa qalxmaq qayda pozuntusu hesab olunur.
Rəqiblər hər 8 saatdan bir şəxsi ehtiyaclarını qarşılaya bilirlər.