ÜST: Dünya üzrə gündəlik yoluxma sayında rekord qeydə alınıb

ÜST: Dünya üzrə gündəlik yoluxma sayında rekord qeydə alınıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dekabrın 5-də dünya üzrə 2 294 039 koronavirus infeksiyasına yoluxma faktının qeydə alındığını açıqlayıb.

Bu, ÜST statistikasında bütün pandemiya dövrü üçün ən yüksək gündəlik göstərici olub.

Bundan əlavə, ilk dəfə olaraq 24 saat ərzində virusa yoluxanların sayı 2 milyonu ötüb.

Beləliklə də, qurumun məlumatlarına əsasən indiyədək 293 750 692 yoluxma və 5 454 131 ölüm halı qeydə alınıb. Sonuncuların sayı ötən sutka ərzində 7 011 nəfər artıb.

Təsdiqlənmiş yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb – 55 972 114. Hindistan (35 018 358), Braziliya (22 305 078), Böyük Britaniya (13 641 524) və Rusiya (10 585 984) növbəti yerləri tutur. Ən çox ölüm halları da ABŞ-dadır – 821 408, ikinci yerdə Braziliya (619 209), üçüncü yerdə Hindistan (482 551) qərarlaşıb. Onları Rusiya (313 015) və Meksika (299 581) izləyir.

Son səkkiz gün ərzində ÜST 7 dəfə yoluxma hallarının 1 milyondan çox artdığını qeyd edib. Ötən sutka ərzində isə pandemiya zamanı ilk dəfə olaraq göstərici 2 milyonu ötüb. Əvvəlki antirekord bu il yanvarın 1-də qeydə alınıb. O zaman 24 saat ərzində 1 milyon 859 min 485 yoluxma halı aşkar edilib.

Qeyd edək ki, ÜST-ün statistikası yalnız dövlətlər tərəfindən verilən rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.

Mənbə: TASS