Uşaqlar mövzusunda İslam davranış qaydaları

Uşaqlar mövzusunda İslam davranış qaydaları

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tərbiyət Müdərris Universitetinin psixologiya ustadı Möhsin İmani “İQNA” xəbər agentliyinə verdiyi müsahibədə uşaqlara qarşı zorakılığın növlərini və İslamın bununla bağlı nəzərini açıqlayıb ki, onun bir hissəsini aşağıda oxuya bilərsiniz:

Uşaqlara qarşı zorakılıq üç hissəyə bölünür: Qəzəb, aqressiya və zorakılıq. Sadə dillə desək, qəzəb, uşağın etməməli olduğu bir işi görməsi, valideynlərinin əsəbiləşib ona qaşqabaqla baxması və ya buna bənzər bir şey etməsidir. İkinci hissə aqressiyadır ki, valideynlər uşağa qışqırır və bu kimi nisbətən sərt davranışlar göstərirlər. Üçüncü hissə zorakılıqdır, bu zaman döyülmə kimi uşaq zorakılığına səbəb olan və ciddi mənəvi və fiziki zərər verə bilən davranışlar baş verir.

Müxtəlif ölkələrdə uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün məhdudlaşdırıcı qanunlar yaradılsa da, bəzən bu, çəkindirici olmayıb.

Uşaqlarla rəftar haqqında İslam təlimləri

İslam təlimləri uşaqlara qarşı qəzəb, aqressiya və zorakılığa qarşıdır. İslamda uşaqlara qarşı zorakılıq məsələsi nəinki haramdır, hətta uşaqların hüquqları müəyyən edilib və biz onlara sevgi və məhəbbətlə yanaşmağa borcluyuq.

İslam Peyğəmbəri (s) buyurur: “Yəni uşaqları sevin və onlara qarşı mehriban olun. Onlara söz verdiyiniz zaman əməl edin. Çünki onlar səni özlərinə çörək verən hesab edirlər”. Beləliklə, ilk addım uşaqları sevmək və onlara qayğı göstərməkdir. Sonra onlara söz vermişiksə, əməl edək.  Əlbəttə, bu əhdə vəfa həm də möminin kərim olmasına dəlalət edir.

İkinci mətləb odur ki, uşaqlara öhdəsindən gələ biləcəklərindən artıq yük verilməməlidir. Əks halda bu, onların yalançı olmasına səbəb olar. Çünki həmin zəhmətə görə valideynlərinin qabağında durub kobudluq edirlər. Ya da ki, yalandan deyirlər ki, biz eləmişik.

İslam təkcə bütün uşaqları sevməyi vəzifə saymır, həm də duyğusal çatışmazlıq olan kimsəsiz uşaqlar üçün xüsusi göstərişlər verir. Çünki Quran ayəsində buyurulur: “Belə isə əsla yetimi alçaltma və qovma” (Zuha, 9). Hədislərimizdə də yetimləri sevməyin böyük fəzilət olduğu bildirilir.

Üçüncü məqam isə dinimizdə tövsiyə olunan uşaqlarla oynamaqdır. İslam Peyğəmbəri (s) evdə əl və ayaqları üstə gəzərdi ki, nəvələri onun çiyinlərinə minsinlər. Həzrət Peyğəmbər (s) küçədə gedərkən belə kiçik uşaqlar ona deyirdilər: “Bizi belinizə mindirin”. Çünki o həzrət həmişə uşaqlarla oynayır və bunu fəzilət hesab edirdi.

Dördüncü məqam uşaqlara hörmət etmək və onlara məclislərdə yer verməkdir. Adətən bir mərasimdə bütün böyüklər bir-birininkənarında otururlar. Uşaq içəri girib oturmaq istəyəndə, bəziləri ona üz turşudurlar. Bir halda ki, Həzrət Peyğəmbər (s) buyurur: “Uşağınıza nə vaxt çağırsanız, ona hörmət edin. Ona məclislərdə oturmağa yer verin və ona üzünüzü turşudmayın”.

Beşinci məqam uşaqlarla necə danışmaqdır, davranış baxımından İslamın özünə məxsus metodu var. Peyğəmbər (s) buyurur: “Kimin uşağı varsa, onunla uşaq kimi danışın”. Uşaqların dili zorakılıq dili deyil və bizim uşaqları vurmağa heç vaxt haqqımız yoxdur. İslam İnqilabının banisi İmam Xomeyninin (rəh) həyatında da oxumuşuq ki, o, uşaqlara öz narazılığını bildirmək üçün divara çubuq vururdu.

Başqa bir məqam uşağa nəvaziş göstərmək və öpməkdir ki, bu da İslam təlimlərində böyük məziyyətlə qeyd olunur. Baxmayaraq ki, bu sevgi və öpmək bütün insan övladları üçün müşahidə edilməlidir. İslam Peyğəmbərindən (s) nəql olunub ki, buyurur: “Hər kəs Allahdan onunla ədalətli davranmasını istəyir, ona görə də övladları arasında ayrı-seçkilik etməsin”./iqna