Ürək ritmi necə tənzimlənməlidir

Ürək əzələlərinizdə hər hansı problem varsa, o əzələləri qidalandıran koronar damarlarda daralma, sərtləşmə, tıxanma, ürəyin klapanlarında və çölünü örtən qişada iltihab varsa ürək ritmi ciddi və təhlükəli şəkildə pozula bilər.
Əgər ürək döyüntünüz varsa və bu problemin təkrarlandığını görürsünüzsə, əvvəlcə həyat tərzinizi, daha doğrusu həyat tərzi səhvlərinizi nəzərdən keçirin.

İlk növbədə, spirt, siqaret və kofeinlə zəngin içkiləri azaldın. Yuxu probleminiz varsa, onu düzəldin, stress probleminiz varsa, həll etməyə çalışın.

Bütün bunlara baxmayaraq problem davam edərsə, dərhal bir kardioloqdan kömək alın.

Nəzərə alın ki, qalxanabənzər vəzinin həddən artıq işləməsi, qan təzyiqinin və şəkərin qəfil və kəskin dəyişməsi, istifadə etdiyiniz bəzi dərmanlar ürəyinizin ritmini poza bilər./big.az

Yəni bəzən problem ürəkdən deyil, başqa sahələrdən qaynaqlanır.