Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, Sakit Okeanın adalarında suyun səviyyəsi xeyli artıb.
Təşkilatın məlumatına görə, Sakit Okeanın cənub-qərb hissəsində dəniz səviyyəsi orta səviyyədən daha sürətlə qalxır ki, bu da alçaq adaları təhdid edir və yüksək temperatur dəniz ekosistemlərinə ciddi ziyan vurur.
“Su səviyyəsinin bu sürətlə artması o deməkdir ki, zamanla Solomon adaları və Tuvalu kimi adalar su altında qala bilər. Kənd təsərrüfatına yararlı torpaqlar məhv ediləcək”, – deyə təşkilatın yekununda bildirilir.
Məlumata görə, altı aydan çoxdur ki, Avstraliyanın şimal-qərbində və Papua-Yeni Qvineyanın cənubunda geniş ərazidə yüksək dəniz temperaturu qeydə alınıb və bu, bu ərazilərdə yaşayan insanlara əhəmiyyətli dərəcədə təsir edib./1tv