ÜMUDÜNYA ƏHLİ-BEYT (Ə) ASSAMBLEYASININ 7-Cİ ICLASI BAŞA ÇATIB

ÜMUDÜNYA ƏHLİ-BEYT (Ə) ASSAMBLEYASININ 7-Cİ ICLASI BAŞA ÇATIB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ümudünya Əhli-Beyt (ə) Assambleyasının “Əhli-beyt (ə) ağıl, ədalət və ləyaqət mərkəzində” şüarı ilə keçirilən 7-cı iclası başa çatıb.
1 Sentyabr tarixində başlayan iclasda İran İslam Respublikasının prezidenti İbrahim Rəisi, Assambleyanın baş katibi Ayətullah Ramazani və tanınmış dini şəxsiyyətləri ilə birlikdə dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş qonaqlar iştirak ediblər.

Dünynın 117 ölkəsindən 400-ə yaxın dini rəhbər, alim və şəxsiyyətlər qatıldığı, 4 Sentyabr tarixinə qədər sürən iclasda müxtəlif çıxışlar edilib. Ümumi iclas və bir neçə komissiyalar çərçivəsində də İslam dünyasının problemləri müzakirə edilib və həll yolları haqda fikir mübadiləsi aparılıb.

Bu mötəbər iclasda Gürcüstanı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Əhli-Beyt Cəmiyyətinin sədri Hacı Rasim Məmmədov və Əhli-beyt hikməti təşkilatının sədri Hacı Namiq Hüseynov təmsil edib.
İclasda Gürcüstanda çap olunan dini nəşrlər sərgilənib. Şeyx Ramin İgidov Əlaqə və kommunikasiya komissiyasının birinci katibi olaraq iştirak edib.