Ümrəyə buraxılacaq zəvvarların sayı açıqlandı

Ümrəyə buraxılacaq zəvvarların sayı açıqlandı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Səudiyyə Ərəbistanında Ümrə üçün olan bütün hazırlıqlar başa çatdırılıb.

Məkkə şəhərinin müqəddəs məkanlarının infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsindən sonra hər gün 70 min müsəlman Ümrə ziyarətini yerinə yetirə biləcək.

Qeyd edilib ki, bu qədər zəvvar hətta pandemiya şəraitində də Məscidül-Həramı ziyarət edə biləcəklər. Virusun yayılmaması istiqamətində çox sayda tədbirlər görülüb. Ümrəyə isə yalnız tam şəkildə vaksinasiya olunmuş şəxslər buraxılır və müntəzəm şəkildə zəvvarların temperaturları ölçüləcək.

Karantin tədbirləri çərçivəridə ziyarətgah ərazisində 11 robot, həmçinin 20 quru buxar qurğusu və 500 sterilizasiya nasosu işləyəcək. Həmçinin burada və ətraf ərazilərdə maye sabunlu 500 elektron yüksəktexnoloji dispenser və 250 ventilyator da olacaq. / Şəfəqna