Ümrə zəvvarlarına bu işlər qadağan edildi

Məkkə şəhərində yerləşən Məscidül-Həramda olan zəvvarlar üçün yeni qaydalar dərc edilib.

Xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyan edib.

Belə ki, yeni qaydalara əsasən, zəvvarlara Məscidül-Həram məscidi ərazisində, xüsusilə də keçidlərdə, dəhlizlərdə, ibadət yerlərində və təcili xidmət avtomobillərinin keçid ərazilərində, həmçinin hərəkət məhdudiyyəti olan zəvvarların hərəkəti üçün nəzərdə tutulan yerlərdə uzanmaq və ya yatmaq qadağan edilir.

Həmçinin zəvvarlara güclü istilər və onun sağlamlıq üçün olan təhlükəsi barədə xəbərdarlıq edilib.

“Unutmayın, yayın qızmar istisi olduqca güclü ola bilər. Hər bir halda lazımi hazırlıq və tədbirlər halında siz Ümrəni rahatlıqla həyata keçirə bilərsiniz”, – deyə qeyd edilib.

Zəvvarlara naxoşluq halında tibbi yardım üçün müraciət etmək, açıq hava olmaq üçün səhər və axşam vaxtlarını seçməyi, isti hava üçün münasib olan parçalardan olan paltar geyinmək və su içmək məsləhət görülüb./iqna