Türkiyənin qədim Qordion şəhəri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi(Foto)

Bu barədə UNESCO-nun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul edilib.

Bununla da Türkiyənin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş yerlərinin sayı 20-yə yüksəlib.

Qeyd edək ki, Ankarada yerləşən Qordion eramızdan əvvəl 12-ci əsrdə Hett İmperiyasının dağılmasından sonra yaranmış Frigiyanın siyasi və mədəni paytaxtı olub.