TikTok-da mətnli təsvir vasitəsilə fotolar yarada bilən süni zəka alqoritmi istifadəyə verilib

TikTok-da mətnli təsvir vasitəsilə fotolar yarada bilən süni zəka alqoritmi istifadəyə verilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Mətnli təsvir əsasında süni zəka üzərindən müxtəlif fotolar generasiya etməyi bacaran sistemlər getdikcə daha çox məşhurluq qazanırlar. Buna sübut olaraq bu cür sistemin məşhur TikTok platformasında istifadəyə verilməsini gətirmək olar. Bir neçə müddət bundan öncə TikTok-da AI Greenscreen adlı yeni funksiya stifadəyə verildi. Bu funksiya ilə qarşılıqlı əlaqə çərçivəsində istifadəçi istədiyi fotonun əldə edilməsi üçün onun təsvirini mətn formatında daxil edir. Daha sonra süni zəka alqoritmi daxil edilmiş mətn əsasında gözlənilən fotonu yaradır. İstifadəçi isə öz növbəsində süni zəka alqoritmi tərəfindən generasiya edilmiş fotonu öz videoları üçün arxa fon kimi istifadə edə bilər.

TikTok-da mətnli təsvir vasitəsilə fotolar yarada bilən süni zəka alqoritmi istifadəyə verilib

    Qeyd etmək lazımdır ki, TikTok-un bu süni zəka alqoritmi öz imkanları baxımından Google şirkətinin Imagine və ya OpenAI təşkilatının DALL-E 2 adlı alqoritmlərindən çox geridə qalır. TikTok istifadəçiləri üçün istifadəyə verilmiş sözügedən süni zəka alqoritmi yalnız abstrakt və məlum olmayan obrazları yarada bilir. Bu isə o deməkdir ki, bu alqoritm vasitəsilə real görünən fotoları və qəliz təsvirləri yaratmaq mümkün deyil. AI Greenscreen funksiyasının imkanları bilərəkdən məhdudlaşdırılmış ola bilər. Belə ki, realistik görünən fotoların yaradılması üçün süni zəka alqoritminə yüksək hesablama gücü lazımdır.

TikTok-da mətnli təsvir vasitəsilə fotolar yarada bilən süni zəka alqoritmi istifadəyə verilib

Technote