ABŞ-nın Montana ştatında TikTokdan istifadə qadağan edilib.
Bu barədə ştatın qubernatoru Qreq Gianforte qərar imzalayıb.
Bildirilib ki, bu, məxfi məlumatların qorunması üçündür. Qadağa gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Montana ABŞ-də TikTok sosial şəbəkəsini tamamilə qadağan edən ilk ştatdır.